Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Səməd Seyidov bəzi QHT rəbərlərinin əleyhinə danışdı

“Azərbaycanda Avropa Şurası nümayəndələri ilə görüşdən imtina edənlər Strasburqa gələrək həmin şəxslərlə görüşlərlər”

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ-dakı fəaliyyətlərini əks etdirən açıqlama verib. APA-ya danışan deputat deyib ki, nümayəndə heyəti AŞPA Bürosunun qərarı əsasında yaradılan Dağlıq Qarabağ üzrə Alt Komitənin hər bir təşəbbüsündə iştirak etməyə hazırdır.  

“Təəssüflər olsun ki, Ermənistan tərəfi AŞPA Bürosunun qərarına məhəl qoymur, ümumiyyətlə, Komitənin işində iştirakdan imtina edir”- deyən S.Seyidov bildirib ki, AŞPA Bürosunun qərarına məhəl qoymamaq, AŞ-nın prinsiplərini tamamilə inkar etmək Ermənistanın siyasətinin iç üzünü açır: “Biz bununla bağlı fikirlərimizi AŞ-nın bütün nümayəndələrinə, o cümlədən AŞ rəhbərliyinə çatdırırıq ki, AŞ-nın, ümumiyyətlə, üzv ölkələrindən hansısa məsələləri tələb etmək, hansısa öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələ qaldırmaq, bu istiqamətdə AŞ-nin hansısa təşəbbüslərini həyata keçirmək özü-özlüyündə böyük sual altına alınır. Ona görə ki, belə bir qərarın icra olunmaması, o cümlədən 2005-ci ildə Dağlıq Qarabağla bağlı qəbul olunmuş qərarın indiyədək icra edilməməsi üzv olan ölkə Ermənistanda bu proseslərin nəzərə alınmaması, Ermənistanla yanaşı, AŞ-nın səlahiyyətini, gücünü, təsir imkanlarını azaldır. Biz dəfələrlə demişik ki, Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətini heç vaxt Dağlıq Qarabağ üzrə Komitə çərçivəsində məhdudlaşdırmayacağıq”.


S. Seyidov AŞ-nin Azərbaycana münasibətində atdığı addımlara da toxunub: “Məsələn, Azərbaycandan bura bəzi nümayəndələr gəlirlər. Çox böyük təəccüb doğuran məsələ odur ki, AŞ nümayəndələrinin Azərbaycana səfəri zamanı bəzi müxtəlif qruplar onlarla görüşlərdən imtina edir. Ancaq Azərbaycanda onlarla görüşdən imtina edənlər AŞ-yə gələrək burada görüşlər keçirirlər. Bu isə təbii olaraq, həmin insanlarla bağlı böyük sual doğurur. Bilməliyik ki, AŞ beynəlxalq təşkilat olaraq, Azərbaycana münasibətində konstruktiv mövqedə dayanıb. Azərbaycan isə AŞ ilə münasibətlərdə öncə öz maraqlarını müdafiə etmək istiqamətində fəaliyyət göstərir. Biz Avropa Şurasına demokratiya, insan haqları, qanunun aliliyi üçün gəlmişik və harada həmin məsələlərlə bağlı Azərbaycanın maraqlarına hansısa təsir vasitəsi kimi istifadə olunmasını görəcəyiksə, münasibətimizi açıq-aşqar bildirəcəyik. Ümumiyyətlə, bizim AŞ-da mövqeyimiz açıq siyasət aparmaq və Azərbaycanın maraqlarını qorumaqdır.

Anar






13 Aprel, 2011  21:27 Baxılıb: 1191 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner