Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Müsavat funksioneri: “Müsavat Partiyası parçalanmaq ərəfəsindədir”

“Bizim etirazımız ondan ibarətdir ki, Arif Hacılı başqan seçildikdən partiyadakı istefalara heç bir münasibət bildirmir, əksinə, istefa verənləri qəbul etmir, onları “təpikləyir””.

Bunu Simsar.az-a açıqlamasında Müsavat Partiyası Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyev deyib.

R.Əliyev qeyd edib ki, partiya rəhbərliyi istefaların qarşısını almaq üçün heç bir tədbir görmür. O, Müsavat başqanı Arif Hacılını istefaya çağırıb: “Demək olar ki, Müsavat Partiyası parçalanmaq ərəfəsindədir. Biz buna etiraz edərək, Arif Hacılını istefaya çağırmışıq. Əgər istefalar Arif Hacılının başqanlığı səbəbindən baş verirsə, onda o, başqanlıqdan gedəcəyi barədə bəyanat verməlidir”.

R.Əliyev qeyd edib ki, rayon təşkilatının bütövlükdə partiyadan istefa vermək niyyəti yoxdur: “Biz Müsavatdan istefa verməyəcəyik. Çünki Müsavata Arif Hacılıya görə gəlməmişik. Düşünürük ki, bizim liderimiz İsa Qəmbərdir. Bizim ideyamız müsavatçılıqdır”.






20 Oktyabr, 2014  15:42 Baxılıb: 664 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner