Üç aydan artıqdır ucuzlaşmaqda davam edən neftin satışında artım müşahidə edilib.
Simsar.az xəbər verir ki, Azərbaycan brendi olan “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,95 dollar bahalaşaraq 88,67 dollara satılıb. London birjasında “Brent” markalı neft də 0,34 dollar artıb və 86,16 dollar olub.
Nyu York birjasında isə “Layt” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar bahalaşaraq 82,75 dollara qalxıb.