Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şeyx Səudiyyə kralına təşəkkür etdi

Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının kralı Abdulla bin Abduləzizə məktub ünvanlayıb.

Qafqaz Müsəlmanları İdarəsindən Simsar.az-a verilən məlumata görə, Şeyx məktubunda zəvvarların Məkkə ziyarətini başa vurması münasibətilə Səudiyyə Ərəbistanı Kralı Abdulla bin Əbdüləziz təşəkkür edib.

Şeyx məktubda yazıb:

“Qafqaz regionu müsəlmanları, Azərbaycanlı qardaşlarınızın, xüsusən də Azərbaycan zəvvarları adından builki Həcc mövsümünün uğurla başa çatması və Allaha şükürlər olsun ki, onların, Həcc əməllərini çox rahat və əziyyətsiz başa vurduqdan sonra vətən torpağına sağ-salamat və gümrah qayıtmaları münasibətilə Sizə dərin təşəkkür və ali təqdirimizi çatdırmaqdan böyük şərəf duyuram.

Təşəkkürlərimizi bütün qurumları və müəssisələri daxil olmaqla Krallığın Həcc Nazirliyi və Sizin Bakıdakı Səfirliyinizə də ünvanlayırıq. Belə ki, bu qurumlar Sizin müdrik rəhbərliyiniz altında və Sizin ali göstərişlərinizi yerinə yetirərək vizaların verilməsi və zəvvarların Müqəddəs Məkkə şəhərinə gəlişi, Həcc əməllərini rahatlıqla və təhlükəsiz şəraitdə yerinə yetirmələri üçün yaradılmış şəraitdən başlayaraq, Mədinə şəhərindəki Peyğəmbər (s) məscidini ziyarət etdikdən sonra ölkəyə qayıdanadək onların rahatlığı üçün əllərindən gələni etmişlər.

Kral həzrətləri!

Həqiqətən, Azərbaycan zəvvarları başda Siz olmaqla Səudiyyə Ərəbistanına, Onun hökumətinə və xalqına Allahın qonaqlarının rahatlığı üçün təhlükəsizlik, nəqliyyat, səhiyyə xidmətləri sahələrində yaratdıqları o gözəl şəraitə görə səmimi təşəkkür və minnətdarlıqlarını ifadə edir, Ulu və Qadir Allahdan Sizə, müqəddəs Allah evinin və Peyğəmbər (s) məscidinin ziyarətçilərinə göstərdiyiniz xidmət işində böyük uğurlar diləyirlər. Onlar Uca Allaha dua edirlər ki, Sizi Özünün fəzilətləri ilə mükafatlandırsın, Sizə güc və qüvvət əta etsin ki,  Sizin İki Müqəddəs Məscid və İslam ümmətinə göstərdiyiniz xidmət sahəsindəki mübarək fəaliyyətiniz uzun illər davam etsin.

Mən də, öz növbəmdə, Ulu və Qadir Allahdan Zati-alilərinizə möhkəm cansağlığı və uğurlar, qardaş Səudiyyə xalqına daha böyük irəliləyiş və çiçəklənmə arzulayıram”.

 






18 Oktyabr, 2014  10:12 Baxılıb: 700 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner