Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məzahir Pənahov müşavirə keçirdi

Oktyabrın 17-də Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrası ilə əlaqədar qəbul edilmiş qərara müvafiq olaraq, qarşıdan gələn bələdiyyə seçkilərində aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçki sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə dairə seçki komissiyalarının sədrləri üçün Bakı şəhərində, Mərkəzi Seçki Komissiyasının inzibati binasında müşavirə keçirib.

Mərkəzi Seçki Komissiyasından Simsar.az-a daxil olan məlumata görə, MSK sədri Məzahir Pənahov MSK da daxil olmaqla, 125 dairə seçki komissiyasının 100-dən çoxu üçün yeni inzibati binaların tikildiyini, digərlərində isə zəruri yenidənqurma işləri aparılaraq iş şəraitinin yaxşılaşdırıldığını, maddi-texniki bazalarının möhkəmləndirildiyini qeyd edib.

MSK sədri ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı görülmüş işlər və növbəti mərhələdə həyata keçiriləcək layihələr barədə müşavirə iştirakçılarını məlumatlandırdı və öz tövsiyələrini verdi.

Müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov, Milli Məclisin Regional Məsələlər üzrə Komitəsinin sədri Arif Rəhimzadə, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov, Daxili İşlər Nazirinin müavini Oruc Zalov, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev, Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədov da bələdiyyə seçkiləri ilə bağlı müxtəlif mövzular üzrə təqdimatlarla çıxış etdilər.

Layihənin ikinci mərhələsində oktyabrın 22-dən 24-dək dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi nəzərdə tutulur.






17 Oktyabr, 2014  18:11 Baxılıb: 723 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner