Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mingəçevirdə sahibkarlar üçün treninq

Bu gün Mingəçevirdə İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninq keçirilib.

Simsar.az xəbər verir ki, treninqdə Bakı Biznes Tədris Mərkəzinin və Mərkəzin Göyçay və Yevlax nümayəndəliklərinin əməkdaşları tərəfindən “Sənayedə brendləşmə”, “Biznes ideyanı yarat”, “Öz biznesinə başla”, “Öz biznesini təkmilləşdir” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında təqdimatlar keçirilib. İştirakçılara əmtəə və ticarət brendi, sənayedə brendləşmənin xüsusiyyətləri, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə geniş məlumat verilib.

Bununla yanaşı, tədbir iştirakçıları “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” barədə məlumatlandırılıb, Proqramın biznesin inkişafında, Almaniya müəssisələri ilə işgüzar əlaqələrin yaradılmasında, menecerlərin nəzəri biliklərinin, praktiki bacarıqlarının səviyyəsinin yüksəldilməsində, onların beynəlxalq təcrübəyə yiyələnməsində əhəmiyyəti vurğulanıb.

Treninqdə, həmçinin, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az və www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Vüsal Qarayev

 

 






17 Oktyabr, 2014  16:30 Baxılıb: 720 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner