Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Paytaxtdakı caz konsertindən FOTOLAR

Bakıda,  Türkyənin Azərbaycandakı  səfirliyinin təşəbbüsü ilə Birinci Beynəlxalq Türkiyə Caz Festivalının  son günündə tanınmış opera ifaçısı, ölkəmizdə fəaliyyət göstərən türkiyəli ifaçı Oya Ergünün konserti olub.

Simsar.az-ın məlumatına görə,  məşhur ifaçı Oya Ergünün konsertində Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, elm xadimləri və bir sıra ictimai şəxslər iştirak edib.

Konsert  başlamazdan öncə çıxış edən səfir İsmayıl Alper Coşkun Oya Ergünə öz təşəkkürlərini bildirib: “Bu möhtəşəm caz festivalının ümumi koordinatorluğunu üzərinə  götürən, Oya Ergün öz təşəkkürlərimi və minnətdarlığımı bildirirəm.  Biz Türkiyənin  caz dünyasının tanınmış ustadlarını Bakıdakı caz həvəskarları ilə görüşdürdük. İncəsənət sahəsində, ən əsası, caz da daxil olmaqla musiqi çalarları dünyada heyranlıqla tanınan odlar diyarı Azərbaycanda bu festivalı təşkil etmək bizim üçün böyük bir qürur oldu.  Biz caz festivalına ən dəyərli caz ustalarını dəvət etdik. Ümid edirik ki, azərbaycanlı qardaşlarımız festival çərçivəsində keçirilən konsertlərdən məmnun qaldılar. Bu Festivalda başda Oya Ergün olmaqla hər kəsə öz təşəkkürlərimi bildirəm”.

Daha sonra səhnəyə çıxan Oya Ergün Bakıda olmağından məmnunluğunu dilə gətirib, ölkəmizdəki pərəstişkarlarından xeyli məktublar aldığını qeyd edib. Musiqinin insanları bir-birinə yaxınlaşdırdığını deyən məşhur ifaçı  Azərbaycanda belə bir incəsənət bayramının təşkilinin onu sevindirdiyini xüsusilə vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfirliyinə konsertin ərsəyə gəlməsinə görə minnətdarlığını bildirən Oya Ergün öz ifası ilə dünyaya səs salan əsərlərini Azərbaycan tamaşaçılarına təqdim edib.

Musiqi axşamında tanınmış ifaçını Türkiyənin məşhur caz ustası Evrim Demirel Ensemble, kamançada Munis Şərifov müşayiət ediblər. müşayiət edib.

Evrim Demirel Ansamlı ilə bir çox xarici ölkələrdə geniş konsert proqramları ilə çıxış etdiyini deyən Oya Ergün bir neçə ildən sonra Bakıda  yenidən bir araya gəlib dəyərli dostumla konsert vermək məni çox sevindirir”.

Yüksək səhnə mədəniyyəti ilə musiqisevərlərin rəğbətini qazanmış Oya Ergün deyib: “Bu konserti çoxdan gözləyirdim. Hisslərimi sözlə ifadə edə bilmirəm. Burada çıxış etmək böyük məsuliyyət tələb edir. Ümidvaram ki, konsertə gələn insanlar da bizim hazırladığımız proqramdan çox məmnun qalacaqlar”.

Dünyanın bir çox şəhərlərində çıxış edən Oya Ergün tamaşaçılara unudulmaz anlar bəxş edib.

Oya Ergün şərqin musiqi mədəniyyətinə sədaqətini qoruyub saxlayıb, orijinal sənətçi, özünəməxsus vokalçı kimi uğur qazanmışdır.

Məlumat üçün bildirək ki, Oya Ergün və Evrim Demirel Ansamlı Amsterdam Konservatoriyasında birlikdə təhsil alıblar. E. Demirel, eyni zamanda, bəstəkar kimidə fəaliyyət göstərir. Demirel, yorulmadan qastrol səfərlərinə çıxaraq musiqisini dünyanın, demək olar ki, hər bir guşəsində tanıdıb.

 

 

 

 






17 Oktyabr, 2014  16:18 Baxılıb: 1036 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner