Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Turizm haqqında” qanuna dəyişiklik edildi

Deputatlar “Turizm haqqında” qanuna da əlavə və dəyişikliklər edib və bu zaman ciddi mübahisələr yaranıb.Simsar.az xəbər verir ki, dəyişikliklər barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verərək bildirib ki, Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada turizm vizası almalıdırlar: “Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur. Azərbaycana gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər”.

Millət vəkili deyib ki, turistlərə elektron vizaların verilməsi qaydası Miqrasiya Məcəlləsi ilə tənzimlənsin. Maraqlı olmalıyıq ki, ölkəyə turist gəlsin.

Deputat Fazil Mustafa bildirib ki, qəbul edilən qanun turist şəxslərə avantaj saxlamaq üçün olmalıdır: “Turistlərə niyə məhdudiyyət qoyulmalıdır ki? Biz çalışmalıyıq ki, Azərbaycan vətəndaşının da hüququnu məhdudlaşdırmayaq. Hansısa Azərbaycan vətəndaşı harasa gedirsə və yaxşı gəlir əldə edirsə, təbii ki, öz qohumunu da aparmaq istəyir. Bunun nəyi pisdir ki? Eynilə də ölkəyə gələn turistlər. Onlar nəyə görə, hansısa şirkətə müraciət etməlidir? Buna nəzər yetirmək lazımdır. Hesab edirəm ki, biz turistlərin ölkəmizə gəlməsində maraqlı olmayıq. Ölkəyə pul gətirsinlər”.

Kimə lazımdır axı lazımsız kağızlar?”

Millət vəkili Sabir Rüstəmxanmlı deyib ki, qanunlar vətəndaşın rahatlığı üçün qəbul edilir: “Lakin bizdə bəzi qanunlar belə deyil. Miqrasiya haqqında qanuna düzəliş edilməldir. Kimsə harasa gedirsə niyə kiminsə qolunun altından keçməlidir? Kimə lazımdır axı lazımsız kağızlar, imzalar? Miqrasiya Məcəlləsi qəbul ediləndə bu məqamı səhv etmişik. İndi də bu üslubda işləməkdə səhv edirik”.

Bu insan alverinə səbəb olur

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə Sabir Rüstəmxanlı və Fazil Qəzənfəroğlunun arqumentlərini heçə sayıb: “Hər şeyi adi qaydaya salmaq lazım deyil. Qadın alveri və digər məsələlərə də nəzərə yetirmək lazımdır. Kimsə xaricə gedirsə və istəyir ki, kimisə aparsın bunu adiləşdirmək olmaz. Belə hallardan qadın alveri və digər problemlər yaranır. Bunu ya anlamırlar ya da anlamaq istəmirlər”.

S.Novruzov deyib ki, fərdi şəxs hətta evində qulluqçu saxlayırsa onunla da müqavilə imzalanmalıdır: “Ona görə də, kimsə xaricə gedirsə nə isə bir sənəd olmalıdır arada. Gedir xaricdə başına nə isə gəlir və yaxınlarının da xəbəri olmur. Xaricə gedəndə müraciət əsasdır. Həm də gedirlər işləyirlər və yaşlaşanda vətənə dönürlər. Əllərində də bir sənəd olmur. Bu adama təqaüd verilməlidir və s. Bu məqamları nəzərə almaq lazımdır”.

Elmar

 

 






17 Oktyabr, 2014  16:15 Baxılıb: 1098 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner