Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İstehlaka yararsız məhsullar aşkarlandı

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.

Simsar.az xəbər verir ki, manitorinqlər nəticəsində istehlaka yararsız məhsullar aşkarlanıb.

Manitorinqin nəticələri:

Abşeron rayonunda

- Novxanı qəsəbəsində İsrafil Süleymanova məxsus mağazada;

- Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsində Esmira Əsədovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Nizami rayonunda

- Q.Qarayev prospekti, 61 ünvanında Səfər Süleymanova məxsus mağazada;

- B.Nuriyev küçəsində İntiqam Əliyevə məxsus mağazada;

Suraxanı rayonunda

- Hövsan qəsəbəsi Vüqar Məmmədova və Alim Məlikova məxsus mağazalarda;

Şirvan şəhərində

- H.Z.Tağıyev küçəsində Yavər Məmmədova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Suraxanı rayonunda

- Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, 20 ünvanında Namiq Əliverdiyevə məxsus mağazada;

Şirvan şəhərində

- H.Əliyev prospektində Əlifağa Mirzəyevə məxsus mağazada;

Xaçmaz şəhərində

- N.Nərimanov küçəsində İlham Ramazanova məxsus mağazada;

Quba rayonunda

- Hacıhüseynli kəndində Əlislam Əliyevə məxsus mağazada;

Lənkəran rayonunda

- Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsində Ceyhun Həsənzadəyə məxsus mağazada;

- Lənkəran şəhəri, Ə.Məmmədov küçəsində Hikmət İsmayılova məxsus mağazada;

Qəbələ şəhərində

- 28 May küçəsində Sədiyar Kərimova məxsus mağazada;

Zaqatala rayonunda

- Əliabad qəsəbəsində Aydın Allahverdiyevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılar, istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat verə bilərlər.

Vüsal Qarayev







17 Oktyabr, 2014  16:13 Baxılıb: 965 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner