Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Hafiz Hacıyevdən keçmiş cəbhədaşlarına MÜRACİƏT

O, istefa verən keçmiş cəbhədaşlarını MMP-yə dəvət edir.

Müsavat Partiyasının son qurultayından sonra həmin təşkilatdakı durum Müasir Müsavat Partiyasında da diqqətlə müşahidə edilir. Müsavat Partiyasından edilən istefalardan sonra isə MMP İdarə Heyəti baş verənləri müzakirəyə çıxarıb və Hafiz Hacıyevin təklifi ilə bir müraciət qəbul edilib. Müraciətdə deyilir:

”Əziz Müsavatçılar !

İllərdir sizlərin qınaq hədəfinə gəlməyimə baxmayaraq ,bu gün mənim deiklərim və iddia etdiklərim, illərdir xidmət etdiyiniz ,uğrunda ölümə belə getməyə razı olduğunuz bir partiyadan istefa verməyə səbəb oldu. Mən sevinirəm ki, gec də olsa siz bu addımı atdınız. Dəfələrlə sizlərlə fərdi görüşlərimdə və mətbuat vasitəsi ilə deyəndə ki, İsa Qəmbər Məmmədəmin Rəsulzadənin ideyalarına xəyanət edir, partiyanı alver predmetinə çevirib onda sizlər mənə inanmırdınız və məni qınaq hədəfinə çevirirdiniz. İndi siz də təsdiq edirsiniz ki, vaxtı ilə torpaqlarımızın erməni işğalçılarının əlinə keçməsində, Əbülfəz Elçibəyin devrilməsində, ölkə müstəqilliyinin itirilmə təhlükəsi ilə qarşılaşmasında müstəsna xidməti olan Qəmbərov İsa və onun çox yaxın “biznes”ortağı olan azərbaycançılığa dəxli olmayan Arif Hacılının illərdir Müsavatı kommersiya təşkilatına çevirərək, saf əqidə sahibi Müsavatçıların xidməti sayəsində özləri üçün komfort həyat təmin ediblər. Partiyada baş verənlər məni də təsirləndirir.Amma gec də olsa İsa Qəmbərin siyasi alverçi olmasını anlamanız və partiyadan uzaqlaşmanız məni sevindirir və bu addımı alqışlayıram.

Mən keçmiş cəbhədaşlarıma səslənirəm!

İllərdir millətə, dövlətə xəyanət edənlərə qarşı mübarizə aparan, Məmmədəmin Rəsulzadənin ideyalarına sadiq olan bir partiya varsa o da Muasir Müsavat Partiyasıdır. Gəlin, həmin ideyalar naminə, əsil Müsavat partiyası olan MMP-də cəmləşin, birləşək, öz məqsədlərimiz və ideyalarımız uğrunda mübarizə aparaq. Sizi azadlığa aparacaq bir qüvvə varsa o da Muasir Müsavat Partiyasıdır.Yalanlarla başınızı qatmağın vaxtı çoxdan ötüb, indi real işlərlə məşğul olmaq lazımdır. Yalançı vədlərlə illərdir varlanan “başqanlar”, sabah fürsət düşəndə sizi silib atacaqlar. İllər öncə bu şeyləri yaşamışam və görmüşəm.

Mən sizə müraciət edirəm ki, Müasir Müsavat Partiyasının ətrafında birləşin!

Hörmətlə Muasir müsavat Partiyasının sədri H.Hacıyev

 

 






17 Oktyabr, 2014  15:35 Baxılıb: 771 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner