Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Xarici siyasətimizi milli maraqlar üzərində qururuq" – ZİYAFƏT ƏSGƏROV

“Azərbaycanın Rusiya ilə həm iqtisadi, həm də humanitar sahədə yaxşı münasibətləri var. Bu münasibətlər tək Rusiyaya aid deyil. Biz hər zaman digər dövlətlərlə də ikitərəfli münasibətlərə üstünlük vermişik". Simsar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Zaiyafət Əsgərov deyib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa İttifaqı, Avropa Parlamenti ilə də yaxşı münasibətləri var: "Biz kimləsə daha üstün münasibətlər qurmağa fərq qoymuruq. Azərbaycan inkişafın elə mərhələsindədir ki, bir çox dövlətlərin, o cümlədən Rusiyanın ölkəmizə marağı artıb. Sözsüz ki, xarici siyasətimizi milli maraqlar üzərində qururuq".

O, Azərbaycanın Gömrük İttifaqına üzv olmamasının səbəblərinə də aydınlıq gətirib: "Azərbaycan ikitərəfli münasibətlərə üstünlük verir".

Azərbaycanın Avrasiya İttifaqına üzv olacağı təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı məsələlərə də münasibət bildirən Z. Əsgərov deyib ki, Qarabağa görə hansısa ittifaqa üzv ola bilmərik: "Qarabağ elə bir məsələdir ki, onunla ticarət etmək olmaz. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın əzəli torpaqlarıdır. Kiminsə qabağında belə bir məsələ qoymamışıq ki, hansısa ittifaqa girək, sonra da bunun qarşılığında Qarabağı bizə geri qaytarsınlar".

Parlament rəsmisi onu da əlavə edib kİ, Azərbaycan və Ermənistan prezidentlərinin hər bir görüşündən xüsusi irəliləyiş olmasa da, bunların əhəmiyyəti var: "ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ danışıqları ilə bağlı səyləri artırmalıdır. Lakin Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Danışıqlar Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonlardan Ermənistan silahlı bölmələrinin çıxardılması şərti müstəvisində gedir".

Ziyafət Əsgərov eyni zamanda ABŞ və beynəlxalq təşkilatların Azərbaycanda həbs olunan QHT rəhbərlərini azadlığa buraxması tələbinə belə cavab verib: "Azərbaycan Leyla Yunusa görə heç vaxt təklənə bilməz. Doğurdanmı ABŞ-ın problemləri qurtarıb, indi Leyla Yunusla maraqlanır?! Məgər onların özündə problem yoxdur?! Amerikada irqçilik zəminində çox böyük problemlər var. Azərbaycanın daxili işlərinə qarışmaq lazım deyil. Hər hansı bir erməni lobbisinin və ya onların təsiri altında Azərbaycanla bağlı qərəzli bəyanatlar verilsə, buna ancaq təəssüf etmək lazımdır. Hər kəsə məlumdur ki, Azxərbaycana qarşı kampaniyalar çoxdan başlayıb. Beynəlxalq aləmin Azərbaycana qarşı təhdidlərini rəsmi Bakı çox gözəl başa düşür. Bəzi qüvvələr Azərbaycanın onlara hesabat verməsini istəyir".

Vitse-spiker Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycana səfər etməsinə də münasibət bildirib: “Rusiyanın Azərbaycana münasibətini Jirinovski ilə ölçmək lazım deyil. O xahiş etmişdi deyə Bakıya gəldi. Buna görə də nə üçün gəldiyini gözəl bilir. Bu adamın indiyə qədər Azərbaycana olan münasibəti bəllidir. O Azərbaycana gəldi və hər şeyi öz gözləri gördü. Qayıdandan sonra isə Dövlət Dumasında Azərbaycanı təriflədi".

Elmar







17 Oktyabr, 2014  15:22 Baxılıb: 902 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner