Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azad Rəhimov BMT-də çıxış edəcək

20 oktyabr 2014-cü il tarixdə BMT Baş Qərargahında keçiriləcək Baş Assambleyanın  69-cu sessiyasında iştirak etmək məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov bu ölkəyə rəsmi səfər edəcək.

Gənclər və İdman Nazirlyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, sessiya çərçivəsində  “İnkişaf və sülh naminə İdman”  bəndi altında müzakirələr keçiriləcəkdir. Müzakirələr zamani öz çıxışında nazir Azad Rəhimov müstəqillik qazandığı gündən ölkəmizin bir çox Avropa və dünya çempionatlarına ev sahibliyi etməsi, 2016-cı ildə Bakıda Şahmat üzrə 42-ci Dünya çempionatının və Formula 1 Grand Prix yarışının, 2017-ci ildə 4-cü İslam Həmrəyliyi oyunlarının, 2020-ci ildə isə UEFA Avro turnirinin keçiriləcəyi haqda məlumatlar  verəcək.

Eyni zamanda, Azad Rəhimov ölkənin birinci xanımı, Bakı Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında  2015-ci il 12 iyun tarixindən Bakıda start götürəcək ilk Avropa oyunlarına hazırlıqla bağlı məlumatları diqqətə çatdıracaq. Nazir 17 gün ərzində ölkəmizdə keçiriləcək Avropa oyunlarına Avropanin 6000-dən çox idmançısının qatılacağını və onların 20 idman növündə mübarizə aparacaqlarını, idmançıların və ölkəmizə gələcək  turistlərin ölkəmiz haqqında müsbət rəy əldə etmələri və oyunların yüksək səviyyədə keçirilməsi  üçün lazımi hazırlıq işlərinin görüldüyünü vurğulayacaq.

Öz çıxında nazir ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana diqqət və qayğısından və son 10 ildə ölkəmizdə 50-dən artıq idman obyektlərinin tikilib, istifadəyə verilməsindən, idmançılarımızın Olimpiya oyunlarında, dünya, Avropa çempionatlarında,  Nanjinqdə keçirilmiş Yeniyetmələr arasında Olimpiya oyunlarında qazandıqları qələbələr haqqında da iştirakçıları məlumatlandıracaq.

Sessiya zamanı həmçinin Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə dünya ictimaiyyətinə ətraflı məlumat verilməsi və təbliğat xarakterli tədbirlərin təşkili, o cümlədən  idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və Birinci Avropa Oyunlarına həsr olunmuş sərginin təşkili və təbliğat xarakterli materialların paylanılması  da planlaşdırılır. Səfər 25 oktyabr 2014-cü il tarixdə başa çatacaq.

Aysel







17 Oktyabr, 2014  14:53 Baxılıb: 655 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner