Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Azərbaycan" İntellektual Oyunlar Klubundan ənənəvi start – FOTOLAR

Simsar.az xəbər verir ki, ötən mövsüm olduğu kimi bu mövsüm də "Azərbaycan" İntellelktual Oyunlar Klubu maraqlı sual paketləri və turnirləri ilə fəaliyyətinə davam edir.

Klubun prezidenti Aydın Piriyev deyib ki,  klub universitet,  məktəb və müxtəlif regional intellektual klubları öz ətrafında birləşdirir. “Azərbaycan” İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil olunan respublikanın ali təhsil müəssisələri arasında keçirilən sinxron çempionatın oyunları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Turizm İnstitutu, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Müəllimlər İnstitutu və Azərbaycan Universitetində həftənin şənbə günləri təşkil olunur. 2013-2014-cü tədris ili ərzində yarışmasında çempionatda 200-dən çox komanda iştirak edib.

Bunlardan əlavə olaraq həmişə olduğu kimi  bazar günü intellektuallar üçün Azərbaycan və rus dillərində çempionatlar, yəni premyer liqaların keçirilir. Bu yarışlara da davamlı olaraq bir sıra komandalar qoşulur və mövsümün sonunda ümümi yekunda  isə yüksək nəticə göstərmiş ilk 3 komanda qalib sertifikatı, medallar və hədiyyələr,  iştirak edən bütün komandalar isə iştirak sertifikatı ilə təltif olunurlar.

 

Azərbaycan İntellektual Oyunlar Klubu paytaxtla kifayətlənməyərək həmçinin Azərbaycanın bölgələrində yeniyetmə və gənclərin marağını öz üzərində cəmləşdirir.  2012-ci ilin iyul ayında Siyəzən İOK-nun açılışı ilə başlayaraq bir sıra bölgələrimiz də bu hərəkata qoşuldular.  Lənkəran, Quba, Qusar, Şabran, Siyəzən, İmişli,  Göyçay, Balakən, Qərb bölgəsi üzrə  Göygöl, Tovuz, Gədəbəy,  Samux, Şəmkir, Ağstafa, Qazax  üzrə hal-hazırda nümayəndəliklərimiz var və mütəmadi olaraq oyunlar təşkil edir.

2014-cü ilin fevral ayından etibarən isə Qərb rayonlarında da intellektual layihəyə start verildi. Layihəyə əsasən, hər ay Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl və Samux rayonlarında “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzrə rayonlar çempionatları keçirildi və hər rayonun qalibi olmuş komandalar Qərb region birinciliyində iştirak etdilər. Və region nümayəndəlikləri şəbəkəmiz günün-gündən genişlənir. İmişli gəncləri də artıq AİOK üzvüdürlər.

Bundan əlavə qeyd edək ki, ənənəvi olaraq AİOK müstəqillik gününü özünəməxsus qeyd edəcək.18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi günü münasibəti ilə 26 oktyabr tarixində III Müstəqillik Kubokunu keçirəcək. Turnir "Nə? Harada? Nə zaman?" və "Fərdi oyun" formatları üzrə keçiriləcək. Turnirdə 60 NHN sualı və "Hərb və Sülh" mövzusunda "Fərdi oyun" gözlənilir.






17 Oktyabr, 2014  14:33 Baxılıb: 622 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner