Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərdoğanın siyasəti – “Düşmənimin düşməni mənim dostumdur”

İngilis qəzeti “Daily Telegraph”, Türkiyənin Kobani siyasətini kəskin tənqid edib. Qəzetdə yazılan məqalədə bildirilir ki, Türkiyə ilə İŞİD-in düşmənləri eynidir, buna görə də Ərdoğan Kobani hadisələrində İŞİD-ə müdaxilə etmir.

Qəzetin redaktorlarından David Blairin məqaləsində, Rəcəb Tayyib Ərdoğanın gözündə kürd partizanların və Suriya lideri Bəşər Əsədin İŞİD-lə müqayisədə daha təhlükəli olduğu deyilir:

“Əgər Kobani təhlükədən xilas olsa Türkiyə heç bir tərifə layiq olmayacaq. Bu günə qədər Türkiyənin İŞİD-ə qarşı rekasiyası qeyri-müəyyən oldu. Avtoritar baş nazir Ərdoğan prezident oldu, hətta Amerikanın əsl məqsədinin Suriyadakı neft yataqları olduğunu iddia elədi. Lakin İŞİD-ə qarşı mübarizə aparan Kobani xalqı üçün barmağını belə tərpətmədi. Bu şəhərdən minlərlə insan qaçıb Türkiyəyə sığındı və polisin gözyaşardıcı qazıyla qarşılaşdılar”.

Blair, Türkiyənin 10 illərdir müstəqil kürd dövlətinin yaranmasına qarşı mübarizə apardığını dediyi məqaləsində, Ərdoğanın Kobani daxil, bütün kürdlərə qarşı heç bir məsuliyyət daşımadığını düşündüyünü və buna görə də Kobaniyə kömək etmək istəmədiyini iddia edir.

Ərdoğan 3 düşmənlə qarşı-qarşıya

Yazar məqaləsində, Ərdoğanı Stalinə bənzədir: “Ərdoğan, eyni Stalinin Sovet ordusunun irəliləməsini dayandıraraq Nazilərin 1944-cü ildəkidəki Polşa inqilabını yatırmalarına icazə verdiyi siyasətə bənzər siyasət həyata keçirir. Yəni  İŞİD Kobanini kürdlərin əlindən alsa, Türkiyə buna məyus olmayacaq”.

Məqalə müəllifi daha sonra belə davam edir:

“Həqiqət budur ki, Ərdoğan 3 fərqli düşmənlə üz-üzədir. Öz ölkəsindəki və Suriyadakı kürd üsyançılar, İŞİD və Əsəd hakimiyyəti. Hazırda kürd partizanlar və Əsəd, İŞİD-lə müqayisədə Ərdoğanın gözündə daha təhükəlidirlər. Türkiyə və İŞİD ortaq düşmənlərə sahibdirlər. Buna görə də İŞİD əleyhinə kampaniya xaricində qalmaq və radikalların kürdlərlə və Əsədlə döyüşmələrini izləmək Türkiyə üçün daha məntiqlidir”.

Vüsal Qarayev

 







17 Oktyabr, 2014  13:49 Baxılıb: 894 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner