Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

"Xarı Bülbül"ə özəl yanaşma - VİDEO - FOTOLAR

Simsar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Unudulmaz Tarixim” adlı layihəyəsi çərçəvəsində "Xarı bülbül" adlı qısametrajlı filmi geniş tamaşaçı auditoriyasına təqdim edilib.

Bu film Şuşa və Qarabağın simvollarının, adət - ənənələrimizin hələ də yaddaşlardan silinməməsi və o sərvətləri gənclərə çatdırılması ücün mühüm rol oynayir.

”Xarı bülbül” qısa metrajlı filmi dünyada yalnız Azərbaycanda bitən, adı Qarabağın adıyla birgə çəkilən Şuşanın milli simvolu xarıbülbül çiçəyi barəsindədir.

Filmin yaradıcı heyəti - Layihə rəhbəri və ssenari müəllifi Orxan Muxtarlı, rejissor Pərvin Qorçuyev, operatoru Novruz Məhəmmədoğlu, musiqi tartibatı və montajçısı Paşa Nəsibov, qum rəssamı Lalə Hüseynzadə, səs rejissoru Sərxan Baxşəliyevdir.

Rolları - əməkdar artist Lətifə Cahandarqızı, Vahid Orucoğlu, Nigar Məmmədova və Ayan Yunus canlandırıblar.

Filmin rejissorunun verdiyi məlumata görə burada istifadə olunan qum rəssamlığı ilk dəfə olaraq qisametrajlı film formatında tətbiq olunub.

Şuşadan məcburi köçkün olan bir qadının dilindən danışılan hekayələrdə düşmən tapdağı altında olan torpaqlarımızın həsrəti hiss olunur.

Simsar.az bəhs etdiyimiz filmi və çəkilmiş maraqlı fotoları oxucuları üçün yayımlayır.

Şahin Cavadsoy

Simsar.Az






17 Oktyabr, 2014  13:14 Baxılıb: 1340 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner