Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayevadan TƏKLİF

Millət vəkili işğal altında olan ərazilərlə bağlı qanunun qəbul edilməsini təklif edib

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında deyib ki, “son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər parlamentarilər, istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri, qeyri-hökumət təşkilat nümayəndələri, sənətçilər Azərbaycan dövlətinin icazəsi olmadan qeyri-qanuni səfərlər edir, orada müxtəlif tədbirlərdə iştirak edirlər. Həmin parlamentarilər, siyasətçilər, biznes adamları, qeyri-hökumət təşkilat nümayəndələri, sənətçilər beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycanın nəzarətindən kənarda olan həmin ərazilərdə əsassız açıqlamalar, bəyanatlar səsləndirirlər. Sonra isə Azərbaycan həmin şəxslərlə bağlı haqlı olaraq özünün birmənalı mövqeyini ortaya qoyur və onları arzuolunmaz şəxslər elan edir.

“Fransanın Le-Pen-Mirabo şəhərinin meri Mişel Amiel beynəlxalq hüquq normalarını pozaraq və Azərbaycan tərəfinin rəsmi icazəsini almayaraq, Dağlıq Qarabağa qeyri-qanuni səfər etmişdi. Təbii ki, biz bu kimi addımları pisləməklə yanaşı, bu məsələ ilə bağlı bir daha öz mövqeyimizi qeyd etdik ki, kimliyindən asılı olmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş şəxslər arzuolunmaz şəxslər elan olunublar və bundan sonra da elan olunacaqlar” - deyə Q.Paşayeva vurğulayıb. "Bu günə kimi bu məsələ ilə daha çox Xarici İşlər Nazirliyi məşğul olur. Ancaq çox yaxşı olardı ki, Azərbaycan parlamenti də bu məsələdə öz sözünü desin, yəni işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlanaraq, tezliklə parlament müzakirələrinə çıxarılsın və qəbul edilsin. Burada da birmənalı olaraq qeyd olunsun və göstərilsin ki, əgər kimlərsə beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcəklərsə, onlar arzuolunmaz şəxslər elan ediləcəklər. Hesab edirəm ki, belə bir qanunun qəbulu ölkəmizin və xalqımızın maraqları baxımından çox əhəmiyyətli olardı. Bununla da biz hər kəsə bu mesajı vermiş oluruq ki, Azərbaycan dövləti onun icazəsi olmadan ərazilərinə qanunsuz səfər etmiş şəxsləri heç zaman bağışlamayacaq və bunun da qanunvercilikdə birmənalı şəkildə öz əksini tapması çox vacibdir” - deyə millət vəkili əlavə edib.

 






17 Oktyabr, 2014  13:07 Baxılıb: 893 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner