Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ziyafət Əsgərov: “Qonaqpərvərlik yaxşıdır amma...”

“Xaricdə yaşıyan soydaşlarımız Azərbaycan gələrkən sənədlərini bərpa etməklə bağlı böyük çətinliklərlə qarşılaşırlar”.

Simsar.az xəbər verir ki, bunui millət vəkili Sabir Rüstəmxanlı “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanun layihəsi ilə bağlı müzakirələr zamanı deyib.

O bildirib ki, bu dəyişiklər vətəndaşlara xeyirdən çox ziyan verir: “Bəzən ölkəyə qayıdan şəxs nə isə bir gecikməyə görə xeyli miqdarda pul cəzasına məruz qalır. Ölkəyə gələn adamlar bununla bağlı xeyli narazılıqlar edirlər. Soydaşlarımızı Vətənə bağlamaq üçün şəraiti yaxşılaşdırmaq lazımdır”.

Millət vəkili Elmira Axundova da bu qanun layihəsi ilə bağlı danışıb. Deputat bir neçə təkliflə çıxış edib. Xaricdən gələn vətəndaşlarla bağlı güzəştlərin edilməsini təklif edən deputata Milli Məclisin vitse-spikeri maraqlı cavab verib.

Ziyafət Əsgərovsa bilıdirib ki, Azərbacan vətəndaşı xarici ölkədə sənədlərini gec hazırlayanda başına oyun açırlar: “Bizim vətəndaşlarımızın başına bir gün gecikdirməyə görə bilirsiz nə oyun açırlar? Onda açaq sərhədlərimizi, vizaları ləğv edək, qoy hər kəs Azərbaycana gəlsin. Qonaqpərvərlik yaxşıdır amma, bu o demək deyil ki, biz qanunvericiliyimizi bərkitməməliyik. Siz fikirin verin, dünya ölkələrində bu proses necə gedir.

“Televiziya kanallarının hansını açırsan, şou və mətbəx verilişləri gedir. Mən hərbi hissələrdə olmuşam. Oradakı hərbi qulluqçular xahiş edirlər ki, televiziya kanallarımızda heç olmasa həftədə bir dəfə hərbi-vətənpərvərlik verilişləri yayımlansın”.

Bunu Milli Məclisin bugünkü iclasında deputat Rafiq Məmmədhəsənov “Hərbi qulluqçuların statusu haqqında” qanununa dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, cəbhə xəttindən təhsil almağa gələn gənclərə güzəştlər edilməlidir.

Sonda deputatların səsverməsi ilə qanun layihəsi qəbul edilib.

Elmar

 

 

 






17 Oktyabr, 2014  12:54 Baxılıb: 777 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner