Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Səməd Seyidov: “Bu, erməni propoqandasının məhsuludur”

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tərkibində hansısa dostluq qrupunun yaradılması erməni propaqandasının növbəti təxribatıdır. Ermənipərəst deputataların həqiqəti özündə əks etdirməyən çıxışlarına öyrəşmişik. Lakin hamı bilməlidir ki, AŞPA-nın siyasi partiyaları və komitələrin strukturları belə qrupların yaradılmasına imkan verə bilməz”. Simsar.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov deyib.

Onun sözlərinə görə, ermənipərəst deputatların AŞPA- dakı fəaliyyətləri həmişə olub və yenə də olacaq: “Çünki həm AŞPA-da, həm də digər beynəlxalq strukturlarda Azərbaycanın mövqeyi getdikcə güclənir. İş o yerə gəlib çatıb ki, Ermənistan parlamentinin üzvləri müxtəlif bəhanələrlə Dağlıq Qarabağla bağlı Böyük Britaniyadan olan məruzəçi ilə işləməyəcəklərini bəyan edirlər. Bu bəyanat Avropa Parlamentini çıxılmaz vəziyyətə salıb. Çünki Avropa Parlamenti məruzəçini özü təyin etdiyindən, erməni deputatların onunla işləməyəcəyini deməsi ermənilərin necə işğalçı ölkə olmasını bir daha sübut edir”.

S. Seyidov onu da qeyd edib kİ, bu gün AŞPA-da təmsil olunan nümayəndələrin əksəriyyəti Azərbaycanın mövqeyini dəstəkləyir: “Çünki onlar Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə gücləndiyinini şahidi olublar. Prezident İlham Əliyevin xarici siyasəti dünyada qəbul olunan və məntiqlidir. Ermənipərəst deputatlar insan hüquqlarının pozulması ilə bağlı məsələrdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər. Təbii ki, bu da alınmayacaq. Çünki insan haqlarından danışanlar obyektiv olmalıdır”.

“Bu gün Avropa Şurasının tərkibinə daxil olan ölkələrdə insan haqlarının necə pozulduğunun şahidi oluruq. İnsan haqlarının pozulmasından danışan ölkələr niyə Ermənistanın işğalçı siyasəti nəticəsində öz torpaqlarından didərgin düşən 1 milyondan çox məcburi köçkün və qaçqınlar haqqında deyil, məhz bir-iki nəfər haqqında danışırlar? Bir-iki nəfərin haqlarını müdafiə etmək ədalətsizlikdir. Digər tərəfdən isə insan haqlarının pozulmasını hansısa ölkəyə təsir aləti kimi istiadə etmək qəti qadağandır. Hər kəsə məlumdur ki, həmin çıxışçılar erməni lobbisini təsiri altında ölkəmizə qarşı təzyiq göstərir. Beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli çıxış etmələrinə baxmayaraq, Azərbaycanın uğurlu xarici siyasəti bu kimi haqsızlıqların qarşısını almağa qadirdir”- deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Elmar Hüseynov







17 Oktyabr, 2014  11:58 Baxılıb: 703 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner