Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlikdən 4500 əlilə birdəfəlik maddi yardım

ƏƏSMN cari ilin 9 ayında 4500 nəfərdən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa birdəfəlik maddi yardım verib

 

Cari ilin 9 ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ayrı-ayrı ildönümlərlə əlaqədar, həmçinin sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə ümumilikdə 4538 nəfər əlilliyi olan şəxsi və 115 şəhid ailəsini birdəfəlik maddi yardımla təmin edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar həmin faciədə şəhid olan 115 nəfərin ailəsinin və 319 nəfər 20 Yanvar əlilinin hər biri 50 manat, sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü ilə əlaqədar həmin ölkədə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 196 nəfər şəxsin hər biri 100 manat məbləğində birdəfəlik maddi yardımla təmin edilib. Çernobıl AES-də baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş 468 nəfər şəxsin hər birinə 2013-cü ildəki ilə müqayisədə 66,6 faiz çox, yəni 50 manat  məbləğində birdəfəlik maddi yardım verilib.

15 Sentyabr – Bilik günü münasibəti ilə tərkibindən 2 və daha çox sağlamlıq imkanları məhdud məktəbli uşaqları olan 1535 ailənin 3200 uşağının hər birinə 30 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Bu isə əvvəlki dövrlə müqayisədə ailələrin sayına görə 1,56 dəfə, uşaqların sayına görə 1,54 dəfə, ödənilən məbləğə görə 1,5 dəfə çoxdur. ƏƏSMN-nin müvafiq Komissiyasında müraciətlərinə baxılan vətəndaşlardan sosial müdafiəyə daha çox ehtiyacı olan 337 nəfər əlilliyi olan şəxsə ümumilikdə 66680 manat  məbləğində birdəfəlik maddi yardım verilib ki, bu göstəricilər ötən ilin uyğun göstəriciləri ilə müqayisədə müvafiq olaraq 2,09 dəfə və 4,87 dəfə çoxdur. Əlilliyi olan şəxslərdən ölkə daxilində müalicəsinə maddi köməklik göstərilənlərin sayı 15 nəfər, respublikadan kənar müalicəyə göndərilməsinə köməklik göstərilənlərin sayı isə 26 nəfər təşkil edib.

 

 

 

 

 

 

 






17 Oktyabr, 2014  10:47 Baxılıb: 676 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner