Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda son 10 ildə yoxsulluğun səviyyəsi 9 dəfə azalıb – RƏSMİ

“Son 10 illə müqayisədə Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,3 faizə düşüb”. Bu barədə Simsar.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən  məlumat verilib. Yəni, 2003-cü illə müqayisədə ölkədə yoxsulluğun səviyyəsi 39,4 faiz azalıb. Statistika Komitəsinin  məlumatından belə çıxır ki, Azərbaycanda 10 il ərzində yoxsulluğun səviyyəsi 9 dəfə azalıb.

2014-cü il 01 iyul vəziyyətinə görə, isə ünvanlı dövlət sosial yardımı təyin  olunmuş ailələrin sayı 126640,  ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı nəfər 555187 nəfər təşkil edib. Bir nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği, 29,36  manatdır.

Qeyd edək ki, 17 oktyabr Beynəlxalq Aclığın Aradan Qaldırılması – Ümumdünya Yoxsulluqla Mübarizə Günüdür. Ümumdünya Yoxsulluqla Mübarizə Günü yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirmək məqsədi daşıyır.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, hazırda dünya əhalisinin yarısı yoxsulluqdan əziyyət çəkir. Onların 70 faizini qadın və uşaqlar təşkil edir. Dünya əhalisinin 20 faizinin gündəlik gəliri isə 1 dollardan aşağıdır.

Xatırladaq ki, hələ 2000-ci ildə Azərbaycan da daxil olmaqla 149 ölkə “Minilliyin inkişaf məqsədləri” adlı beynəlxalq sənədə imza atıb. Bu sənədin əsas məqsədi dünyada yoxsulluqdan əziyyət çəkənlərin sayının azaldılmasına nail olmaqdır.

BMT-nin 2002-ci ildə qəbul etdiyi sənəddə bütün ölkələrə 2015-ci ilədək yoxsulluğun iki dəfə azaldılması tövsiyə edilir.

Aysel Kərimova

 

 






17 Oktyabr, 2014  10:21 Baxılıb: 976 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner