Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“ASAN xidmət” – 3 000 000

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinə 3 000 000-cu müraciət daxil olub. Hazırda 6 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 2-i isə Sumqayıt və Gəncə şəhərindədir.

“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.

“ASAN xidmət” mərkəzlərinə 1 000 000-cü müraciət 23 yanvar 2014-cü il tarixində, 2 000 000-cu müraciət 6 ay sonra 24 iyun 2014-cü il tarixində, növbəti 1 000 000-cu müraciət isə sonrakı 4 ay müddətində daxil olub.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

Xatırladaq ki, ilk - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi 15 yanvar 2013-cü il tarixində fəaliyyətə başlayıb.







17 Oktyabr, 2014  10:05 Baxılıb: 645 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner