Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ukrayna tamaşası bitdi, Abxaziya yenidən səhnələşdirilir

Rusiyadan Abxaziyaya hərbi əməkdaşlıq təklifi

Rusiya Gürcüstandan tək tərəfli müstəqilliyini elan edən Abxaziyaya hərbi əməkdaşlıq təklif edib. Gürcüstan isə bunu ilhaq olaraq dəyərləndirəcəyini açıqlayıb.

Simsar.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Abxaziya Baş Naziri Raul Hacımba millət vəkillərinə, Rusiya diplomatik dairələrindən hərbi əməkdaşlıq təklifi aldıqlarını deyib.

İddialara görə Hacımba imzalancaq müqavilədə bir sıra şərtlərin olduğunu açıqlayıb.

Rus və abxaz əsgərlərinin əməkdaşlığı,

Tərəflər arasında bununla bağlı müqavilə imzalanması,

Abxaziya və Rusiya hərbiçilərinin ehtiyacları istiqamətində lazımi infrastrukturun hazırlanması

Birlikdə istifadə edilən sərhəd keçid məntəqələrinin birgə kontrol edilməsi

Gürcüstandan sərt reaksiya

Rusiyanın Abxaziya hakimiyyəti ilə əməkdaşlıq edəcəyi iddialarına Gürcüstan hökuməti sərt reaksiya verib. Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, məsələylə bağlı Təhlükəsizlik Şurasının təcili toplanması üçün parlamentə müraciət edib.

Gürcüstan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada isə, “Əgər Rusiyayla Abxaziya belə bir müqavilə imzalasalar, bu Rusiyanın Abxaziyanı açıq şəkildə öz tərkibinə qatması olacaq” deyə bildirilib. Beynəlxaq ictimaiyyətə müraciət edilən açıqlamada, bu məsələdə hər kəsin həssas olması istənilib və qeyd edilib ki, bu təklifdə Abxazyanın və Abxazların haqlarına zidd nüanslar yer alıb.

Abxazlar da narahatdırlar

Rusiyanın bu təklifinə Abxaziya rəsmilərindən də ehtiyatlı yanaşanlar, raz qalmayanlar var. Belə ki, Abxaziya millət vəkili Valeri Bqanma, baş nazirin onlara təqdim etdiyi təklifədn razı qalmadıqlarını bildirərək, “Bununla bağlı veriləcək çox sual var” deyib: “Təklifdə Abxaziya dövlət quruluşunun demək olar ki, bütün haqlarını əlindən alan maddələr var. Bir çox millət vəkilləri də mənim kimi düşünür”.

Rusiyanın təklifi araşdırmaları üçün Abxaziya Parlamentinə 2 həftə vaxt verdiyi bildirilir.

Qeyd edək ki, 1992-1993-cü illərdə rəsmi Tiflislə Abxaziyadakı qruplar arasında daxili müharibədən sonra Gürcüstan ordusu geri çəkilmişdi. Və Abxazlar bir müddət sonra təktərəfli müstəqilliklərini elan etmişdilər. Rusiyanın 2008-ci ildə Gürcüstana hücum etməsiylə 5 gün davam edən döyüşlərdən sonra rəsmi Moskva, Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanımışdı.

Gürcüstanda 2012-ci ildə hakimiyyətə gələn İvanaşvili hökuməti, Rusiya ilə dostluq siyasəti aparamağa başlamışdı. 2013-cü ildə hakimiyyəti təhvil alan İrakli Qaribaşvili də bu siyasəti davam etdirir.

Vüsal Qarayev

 







17 Oktyabr, 2014  09:47 Baxılıb: 5924 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner