Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Bunu bizim çörəyimizi yemiş adamlar edib" - İlham Əliyev

“Azərbaycanın xarici siyasətindən danışarkən qeyd etmək istərdim ki, biz çox fəal xarici siyasət yürüdürük. Yalnız öz milli maraqlarımıza əsaslanaraq müstəqil xarici siyasət yürüdürük və beynəlxalq təşkilatlarda milli maraqlarımızı müdafiə edirik”.

Simsar.az-ın xəbər verir ki, bunu Tacikistanda səfərdə olarkən Tacikistan Milli Universitetində çıxışında bildirib. İ. Əliyev deyib ki, bunun üçün Azərbaycanın kifayət qədər imkanı var: “Biz həm də çalışırıq ki, beynəlxalq təşkilatlar öz nüfuzlarını itirməsinlər. Bu isə əgər həmin təşkilatların qəbul etdikləri qərarlar yerinə yetirilmirsə, yaxud bir halda yerinə yetirilib, başqa halda yerinə yetirilmirsə baş verə bilər. Biz bununla üzləşmişik və özümüzə münasibətdə ədalətsizliyi müşahidə edirik. Biz görürük ki, BMT Təhlükəsizlik Şurasının qərarları bəzi hallarda bir gün ərzində yerinə yetirilir, amma bizim başlıca problemimizin – Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı bu cür qərarlar 20 ildən çoxdur ki, kağız üzərində qalır. BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi 20 ildən çox bundan əvvəl qəbul edilib. Lakin həmin qətnamələr yerinə yetirilmir və işğalçı ölkənin bu qətnamələri icra etməsi üçün ona lazımi təzyiq göstərilmir. Bu, ədalətsizlikdir. Bu, ikili standartların təzahürüdür. Təəssüf ki, belə hallarla getdikcə daha tez-tez üzləşirik. Bəzən elə təsəvvür yaranır ki, ikili standartlar artıq beynəlxalq münasibətlərin normasıdır. Lakin belə olmamalıdır. Ona görə ki, müasir dünya quruluşunun, dünya nizamının əsasını təşkil edən fundamental prinsiplər mövcuddur. Bu, ölkələrin ərazi bütövlüyünə hörmət, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsidir. Əgər bu qərarlar yerinə yetirilmirsə, deməli, həmin qərarları həyata keçirə bilməyən təşkilatlar nüfuzdan düşür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi region üçün böyük təhlükədir. Bizim ərazilərimizin 20 faizi, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və digər rayonlar işğal altındadır. Bu hadisə 1990-cı illərin əvvəlində baş verib. İşğal nəticəsində bizdə 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bizə qarşı etnik təmizləmə aparılıb. ATƏT monitorinq məqsədilə iki dəfə öz nümayəndə heyətlərini işğal edilmiş ərazilərə göndərib və hər iki dəfə onların məruzələrində yazılıb ki, hər şey - bütün şəhərlər, bütün kəndlər, bizim bütün tarixi abidələr dağıdılıb, muzeylərimiz qarət edilib, məscidlərimiz təhqir edilib. Bunları hansısa yadplanetlilər deyil, bizimlə qonşuluqda yaşayan, bizim torpağımızda yaşamış, bizim çörəyimizi yemiş, Azərbaycanın bütün imtiyazlarından istifadə etmiş, lakin müəyyən anda, belə demək mümkündürsə, bizə arxadan atəş açmış adamlar ediblər.

Münaqişənin tənzimlənməsi təkcə xarici siyasətimizin deyil, bütövlükdə siyasətimizin başlıca məsələsidir. Biz münaqişənin beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində və bu gün Tacikistan Prezidenti ilə imzaladığımız Birgə Bəyannamədə əks olunduğu kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalı olduğunu görən bütün ölkələrə minnətdarıq. Bu, mövqedir, qardaşlıq, dostluq mövqeyidir. Eyni zamanda, beynəlxalq hüquqa əsaslanan mövqedir”.

 






17 Oktyabr, 2014  09:12 Baxılıb: 785 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner