Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Novruz Bayramı Almaniyada rəsmən qəbul edildi

Almaniyada yaşayan ələvilər önəmli imtiyazlar əldə ediblər. Onlar üçün Novruz Bayramı iş günü olmayacaq.

Simsar.az xəbər verir ki, Almaniyanın Bremen əyalətinin Hökuməti ələvilərlə dövlət müqaviləsi imzalayıb. Bununla da Bremen əyalətində dini camaat olaraq ələvilər xristian və musəvilərlə eyni mövqeyə gəliblər.

Əyalətdə yaşayan 10 min ələvi dini bayramları Aşura, Qurban, Noruz və Xıdır Nəbi bayramlarında tətillə yanaşı bir çox haqlar əldə ediblər. Bremen bələdiyyə binasında keçrilən imza mərasimində Bremen Bələdiyyə Başçısı Jens Böhrnsen, Avropa Ələvi Birlikləri Konfederasiyası (AƏBK) Baş Katibi Turqut Ökər, Almaniya Ələvi Birlikləri Federasiyası Baş Katibi Hüseyin Mat, AABF İnanc Təşkilatı Sədri Cəfər Kaplan və bir çox dəvətli iştirak edib. Almaniyadakı ələvilər bundan öncə də Hamburq əyaləti ilə dövlət müqaviləsi, Aşağı Saksoniya əyaləti ilə isə ilkin müqavilə imzalamışdılar.

12 ildir məktəblərdə ələvi dərsləri

AƏBK Katibi Turqut Ökər , Bu sözləşmənin Həm Almaniya üçün, həm də ələvilər üçün çox önəmli addım olduğunu deyib: “Biz bu sahədə fəaliyyətimizin ilk bəhrəsini 12 ildir məktəblərdə ələvi dərsləri verməklə aldıq. Bu haqq onu göstərirdi ki, biz Almaniyada bir xristian almanın nə haqları varsa, biz də o haqlardan əldə edəcəyik”.

Universitetlərdə Ələvi kursları olacaq

Turqut Ökər müqavilənin ələvilərə verəcəyi haqlardan da danışıb. Və bildirib ki, bununla da:

“Ələvilər tətil haqqından istifadə edə biləcək.

Ələvilər Bayramları sərbəst şəkildə qeyd edə biləcəklər.

İctimai sahədə ələvilik rəsmən qəbul edildi.

Həbsxanadakı ələvilər dini inanclarının sərbəst şəkildə yaşayacaqlar.

Uşaq bağçası və məktəblərdə ala bildiyimiz kimi, universitetlərdə ələvilik kursları açılacaq.

Almaniya rəsmi dövlət kanalında ələvilərə məxsus verliş olacaq.

Əyalət Hökuməti dini birliklərlə rəsmi bir toplantı və ya mərasim keçirtdiyində ələvilər də orda təmsil olunacaq.

Bütün bunlar isə Almaniyada ələviliyin dini inanc olaraq qəbulu deməkdir”.

Ələvilik xüsusi bir inanc kimi qəbul edilir

Ökər, “Almaniya ələviliyi bir dinmi, məzhəbmi, yoxsa mistik bir inanc olaraqmı qəbul edir?” sualına, “Almaniyada siz yalnız özünəməxsus bir inanc olarasanız dövlətin bu imtiyazlarından yararlana bilərsiniz. Bir təriqət, məzhəb vəya kiçik bir cəmiyyət olsanız bu haqlardan istifadə edə bilməzsiniz. Ələvilik özünəməxsus inanc olaraq tanındığı üçün biz burda bu haqlara sahibik” - deyə cavab verib.

Vüsal Qarayev






17 Oktyabr, 2014  08:46 Baxılıb: 980 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner