Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ vitse-prezidentinin oğlu narkoman çxıdı - Ordudan qovuldu

ABŞ vitse-prezidentinin oğlu kokaindən istifadə etdiyinə görə Hərbi Dəniz Qüvvələrində (HDQ) ehtiyatda xidmətdən xaric edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Wall Street Journal nəşri yazıb.

Məlumata görə, ixtisasca hüquqşünas olan 44 yaşlı Xanter Bayden Hərbi Dəniz Qüvvələrində (HDQ) ehtiyata 2013-cü ilin mayın 7-də ensin rütbəsində (ABŞ hərbi donanmasında ən kiçik zabit rütbəsi) götürülüb. O, Virqiniya ştatının Norfolk şəhərində Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsinə təyinat alıb. Xanter Bayden xidməti yerinə gəldikdə narkotik vasitələrdən istifadə edib-etmədiyini müəyyən edən  standart testdən keçirilib. Testin nəticələrinə əsasən,  onun qanında kokain aşkarlanıb.

Xanter Bayden ötən gün çıxışında donanmada xidmət onun üçün böyük şərəf olduğunu və Hərbi Dəniz Qüvvələrindən xaric edilməsinə təəssüf hissi keçirdiyini bildirib.







17 Oktyabr, 2014  08:05 Baxılıb: 707 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner