Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Eminem 42 yaşını qeyd edir

Eminem və ya Slim Şedi kimi tanınan Marşall Brüs Metersin doğum günüdür. Bu gün 42 yaşını qeyd edən məşhur rep sənətçisi uşaq ikən anası ilə birlikdə Detroyta (Miçiqan) köçüb və hazırda da bu şəhərdə yaşayır. Dr. Dre-nin köməyi ilə rep səhnəsinə gələn Eminemin albomları indiyədək bütün dünyada 70 milyon nüsxədən artıq satılmışdır. Eminem The Slim Shady LP albomu ilə şöhrət qazanmış, lakin onun The Marshall Mathers LP albomu çıxdıqdan sonra müxtəlif tənqidçilər reperin lirikasını zorakılığı təbliğ etdiyinə görə tənqidə məruz qoymuşlar. 2002-ci ildə Eminemin ən çox tərifə layiq görülmüş və onun dünyada şöhrətini artırmış The Eminem Showalbomu işıq üzü görmüşdür. Onun 2004-cü ildə buraxdığı Encore albomu isə əvvəlki albomlarının uğurlarını təkrarlaya bilməsə də, fanatları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 2008-ci ildə Vibe jurnalı tərəfindən "yaşayan ən yaxşı reper" səsverməsini qazanan Eminemin növbəti albomu 2009-cu il, may ayının 19-da işıq üzü gördü və əvvəlki albomlar kimi yüksək tirajla alınmasa da ilin ən çox satılan hip-hop albomuna çevrildi. Bu albom çıxdıqdan bir qədər sonra Eminem ilin axırına kimi Relapse 2 albomunu yazacağı haqda elan versə də sonradan fikrini dəyişdi. Yeni albom 2010-cu ilin iyun ayında Recovery adı altında çıxdı. Albom cəmi iki ay ərzində 2 milyon nüsxə ilə satıldı.

Eminemin iki dəfə ailə qurub, boşandığı Kim Mathersdən Hailie adında bir qızı var.

 






17 Oktyabr, 2014  08:10 Baxılıb: 884 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner