Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Artur Rasizadə: “Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə alternativ yoxdur”

Azərbaycanın baş naziri Artur Rasizadə Bakıda keçirilən “Bakı-Tiflis-Qars dəmir yolu xətti-Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfransın nümayəndələri ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Simsar.az APA-ya verilən məlumata görə, Azərbaycan, Türkiyə, Gürcüstan və Əfqanıstanın nəqliyyat nazirlərinin, habelə Ukrayna, Belarus, Litva, Xorvatiya, Qazaxıstan və digər ölkələrin müvafiq qurumlarının rəhbərlərinin iştirak etdikləri görüşdə A. Rasizadə son illər respublikamızın əldə etdiyi iqtisadi uğurlardan danışıb, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan transmilli layihələrin, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolu xəttinin bir çox ölkələrin iqtisadiyyatı üçün böyük əhəmiyyətini vurğulayıb.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin ümumən regionun geosiyasi xəritəsində oynadığı mühüm rola toxunan baş nazir qonaqların diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəldib. A. Rasizadə Ermənistanın təcavüzkar niyyətlərinin regional əməkdaşlıq və birgə layihələrin icrası üçün maneə olduğunu bildirərək münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında həllinə alternativ olmadığını vurğulayıb.

Görüşdə çıxış edən qonaqlar regional əməkdaşlığın inkişafı və nəqliyyat infrastrukturunun yenilənməsi baxımından Bakı konfransının xüsusi əhəmiyyətini qeyd edərək, Bakı-Tiflis-Qars dəmir yolu layihəsini dəstəklədiklərini, bu layihənin Avrasiya məkanında sərnişin və yük axınının sürətli, təhlükəsiz hərəkətini təmin edəcəyini, dəmir yolu şəbəkələri ilə səmərəli inteqrasiya üçün əhəmiyyətli olacağını bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 






16 Oktyabr, 2014  18:10 Baxılıb: 680 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner