Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Akif Muradverdiyevin səhhətində problem yaranıb

Prezident Aparatı İşlər İdarəsinin keçmiş müdiri, qaçaqmalçılıqda ittiham olunan Akif Muradverdiyevin səhhətində ciddi problemlər yaranıb.

Simsar.az-ın xəbər verir ki, bunu virtualaz.org saytına vəkil Rəşad Mirmehdizadə deyib.

Vəkil bildirib ki, A.Muradverdiyevin ağrıları daha da şiddətlənib. Onun həbsxana şəraitində müalicəsi qeyri-mümkündür: “Hər dəfə görüşəndə səhhətindən şikayətlənir”.

Xatırladaq ki, A.Muradverdiyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, A.Muradverdiyev 2013-cü il, iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev adına beynəlxalq hava limanından Rusiyaya aparmaq məqsədilə külli miqdarda dəyəri olan və çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gizli yolla gömrük nəzarətindən keçirib. O, Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - çar Rusiyasına aid 40

ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.

Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.






16 Oktyabr, 2014  17:47 Baxılıb: 708 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner