Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Polislərə əsəbləşib boğazını stəkanla kəsdi - FOTOLAR

Səməd Vurğun bağında yaşlı qadın damarlarını doğrayıb. Polisin çay satmağa icazə vermədiyi qadın özünə stəkanın qırığı ilə xəsarət yetirib.

Simsar.az xəbər verir ki, hadisə virtualaz.org saytının müxbirinin gözü önündə baş verib.

Polislər küçə ticarətinin qadağan edildiyini əsas gətirərək avtobus dayanacağında əsasən marşrut sürücülərinə çay və şirniyyat satan yaşlı qadını ərazidən uzaqlaşdırmaq istəyib.

60-65 yaşlarında olan qadın isə “çörək pulum yalnız buradan çıxır, bəs mən nə edim, necə dolanım” deyərək polislərin bu tələbinə etiraz edib. Amma polis əməkdaşları buna məhəl qoymayaraq qadını oradan zorla uzaqlaşdırmaq istəyib. Bir neçə termosdan və stəkandan ibarət “piştaxtası”nın dağıdıldığını görən qadın şüşə stəkanı sındıraraq onun qırığı ilə boğazını kəsib, başına və bədəninə əli ilə zərbələr endirməyə başlayıb.

Polis əməkdaşları onu sakitləşdirməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Qadın müayinə olunmaqdan imtina edib. Polis əməkdaşları qadını polis bölməsinə aparıb.

Qeyd edək ki, yaşlı qadın başına gələnləri müxbirimizə danışacağını desə də polislər onu patrul maşınına mindirərək apardı.

Hadisə şahidlərinin dediyinə görə, “Dilarə xala” deyə çağırılan bu ağbirçək qadın hər gün burada çay və şirniyyat satırmış. Qadını tanıyanlar iddia edir ki, Səməd Vurğun bağı ərazisində xidmət aparan polis əməkdaşları qadından gündəlik “haqq” alırdılar. Ancaq indi məbləği qaldırıblar. Bu gündən isə gəlib deyiblər ki, ümumiyyətlə burada nəsə satmaq olmaz. Şahidlər küçə ticarəti çoxdan qadağan edilsə də Dilarə adlı qadının burada bu günədək oturub alver etdiyini söylədirlər.

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə küçə ticarəti bu ilin yanvar ayından qadağan edilib. Bəzi rayonlarda isə hələ ki, bu qadağaya əməl edən yoxdur. Bu yaxınlarda isə Suraxanı Rayon Polis İdarəsinin rəisi küçə ticarəti məsələsi ilə bağlı yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.






16 Oktyabr, 2014  17:18 Baxılıb: 733 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner