Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ermənilər monitorinq zamanı atəş açdılar

Oktyabrın 16-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, monitorinqdən əvvəl kənd sakinləri Azərbaycan tərəfdən monitorinqi həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), eləcə də ABŞ təmsilçisi C.Uorlikin köməkçisi David Salvo ilə görüşüblər.

Qısa söhbətləşmə zamanı kənd sakinləri beynəlxalq müşahidəçilərə Ermənistan-Azərbaycan münaqişənin illərdir uzanaraq davam etməsindən, konfliktin həlli istiqamətində səylərin nəticəsiz qalmasından, ərazilərimizin erməni işğalında olmasından, Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki əhalinin və yaşayış məntəqələrinin, o cümlədən qeyri-hərbi obyektlərin daim atəş altında saxlanılmasından narazılıqlarını ifadə ediblər.

Sonra nümayəndə heyəti öz missiyasını yerinə yetirmək məqsədilə monitorinq keçiriləcək əraziyə yollanıb.

Monitorinq qrupu təmas xəttinin qarşı tərəfinə keçməzdən əvvəl Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi istiqamətdən atəş səsləri eşidilib.

 






16 Oktyabr, 2014  16:43 Baxılıb: 730 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner