Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BMT Azərbaycan gömrüyünə xüsusi avadanlıqlar verdi - FOTO

BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən Azərbaycan gömrüyünə avadanlıqlar təqdim edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində BMT-nin Narkotik və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və ÜGT-nin birgə lahiyəsi olan “Konteyner Daşınmalarına Nəzarət üzrə Qlobal Proqram” layihəsi çərçivəsində təlimlər başlayıb. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Tacikistanın gömrük orqanlarının əməkdaşlarının qatıldığı təlimlərdə ÜGT-nin nümayəndələri Peter Timmermans, Sezar Sohiaffino və Azərbaycan Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən iştirakçılara risklərin idarə olunması və qiymətləndirilməsi, elektron qeydiyyat, konteyner plomblarının saxtalaşdırılması və digər mövzularda məlumat verilir.

Mütəxəssislər beynəlxalq təcrübədən nümunələr gətirərək bu proqramın icra olunması ilə birlikdə gömrük sahəsində hüquqpozmaların və narkotik qaçaqmalçılığının qarşısının alınmasında ciddi nailiyyətlərin əldə olunacağını vurğulayıblar.

Təlimlərin ikinci günündə proqram çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən Azərbaycan gömrüyünə kimyəvi maddələrin müəyyən ediməsində istifadə olunan 2 ədəd “Hazmat” avadanlığı təqdim edilib. Bu münasibətlə keçirilən imzalama mərasimində BMT-nin Orta Asiya ofisinin nümayəndəsi Batır Geldiyev və DGK-nin sədr müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev iştirak edib. R.Həsənəliyev təqdim edilən avadanlığa görə komitə rəhərliyi adından minnətdarlığını bildirərək bu avadanlığın gömrükçülərin işini həm keyfiyyət, həm də kəmiyyət baxımından artıracağını, eyni zamanda, tərəflər arasındakı əməkdaşlığın vacibliyini vurğulayıb.

Öz növbəsində, B.Geldiyev təlimilərin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycanın narkotik qaçaqmalçılığı ilə mübarizədə mühüm rol oynadığını qeyd edən BMT rəsmisi qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin önəmindən danışıb.

Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsi və Astara Gömrük İdarəsində istismara veriləcək “Hazmat” avadanlığı naməlum kimyəvi maddələrin tərkibinin yerindəcə müəyyən edilməsinə və prosesin həyata keçirilməsinə sərf olan vaxt itkisinin aradan qaldırılmasına imkan verəcək. Yaxın günlərdə isə avadanlığın istifadə olunması ilə bağlı xarici mütəxəssislər tərəfindən Azərbaycan gömrükçülərinə xüsusi təlimlər keçiriləcək.

 






16 Oktyabr, 2014  15:23 Baxılıb: 700 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner