Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir” – RƏSMİ

Bu gün Bakı Biznes Mərkəzində İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan və Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri sahibkarlarının iştirakı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, tikinti, enerji, təhsil  və s. sahələrdə fəaliyyət göstərən 100-dək şirkətin nümayəndəsi iştirak edib.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye nazirinın müavini Sahil Babayev Azərbaycan - Rusiya əlaqələrinin, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əməkdaşlığın inkişaf etdiyini qeyd edib. O bildirib ki, indiyədək Azərbaycan və Rusiya arasında iqtisadi sahədə 45-dən çox, ümumilikdə isə müxtəlif sahələrdə 170-dan çox sənəd imzalanıb. Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə son 10 ildə təqribən 1 mlrd. ABŞ dolları təşkil edib.

Forumda qeyd edilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Təkcə ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox artaraq 2.6 mlrd dollar təşkil etmiş, qeyri-neft ixracının 32%-i Rusiyanın payına düşmüşdür. Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və ölkəmiz Rusiya ilə əlaqələrin genişlənməsində maraqlıdır.

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatorunun müavini Vladimir Lavlensev Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını diqqətə çatdırmış, son 20 ildə Azərbaycanın əldə etdiyi uğurların ölkəsində maraqla izləndiyini vurğulanıb, işgüzar dairlələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verdiyini, eləcə də Rusiyanın federal subyektləri ilə Azərbaycan arasında əlaqələrin inkişafı baxımdan əhəmiyyətini diqqətə çatdırıb.

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Daroxin hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb. Səfir Daroxin azərbaycanlı sahibkarları Rusiyanın federal subyektləri ilə əməkdaşlığı daha da genişləndirməyə dəvət edib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes və investisiya imkanlarına, Sankt-Peterburqun Sənaye Siyasəti və İnnovasiya üzrə Komitəsinin sədr müavini Denis Mironov Sankt-Peterburqun  iqtisadiyyatına və investisiya potensialına dair təqdimatlarla çıxış ediblər.

Azərbaycan-Rusiya biznes forumu iş adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatıb.

Simsar.az







16 Oktyabr, 2014  15:07 Baxılıb: 839 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner