Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirliyin BANM-dəki təlim kursundan – FOTOLAR

16 oktyabr Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatı dəstəyi ilə tələbələr üçün “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində”  adlı təlim kursu keçirilib.

Simsar.az xəbər verir ki, tədbirin nəzəri hissəsini giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçıları salamalayaraq bildirib ki, BANM-in, FHN-nin və ATGTİ-nın birgə təşkilatçılığı ilə keçirilən təlim kurslarının tələbələrə fövqəladə hallar zamanı davranış qaydalarını aşılamasında, baş verə  biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınmasında və ya baş vermiş hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasında öz töhfəsini verəcək. Həmçinin rektor  təhlükəli hadisələr zamanı necə davranılmasında, hansı tədbirlərin görülməsinin öyrənilməsində və tədris saatlarında qəfildən baş verə biləcək hər hansı fövqəladə hadisəsi zamanı mühafizə və təhlükəsizlik qaydaları haqqında məlumatlı olmağının əhəmiyyətini qeyd edib.

Daha sonra Azərbaycan Respublikasının FHN Bakı Regional Mərkəzinin rəisinin 1-ci müavini polkovnik cənab Elşən Əliyev hazırladığı təqdimatla çıxış edərək, tələbələrə və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıldıqda təhlükəsizliyin təmin edilməsi  və digər bu kimi məsələlərlə bağlı peşəkar səviyyədə qaneedici  məlumat verib.

Nəzəri və praktik olmaqla iki hissədən ibarət olan tədbir BANM-nin rəhbər və isçi heyəti başda olmaqla, ARDNŞ-nin vitse-prezidenti cənab Xalik Məmmədov, Azərbaycan Respublikasının FHN-nin Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov, FHN Bakı Regional Mərkəzinin əməkdaşları və rəhbər heyəti, nazirliyin digər 7 qurumunun, eləcə də Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarının, media nümayəndələrinin və tələbələrin iştirakı ilə baş tutub.

Daha sonra Bakı Ali Neft Məktəbində keçirilən tədbirin praktik hissəsi zamanı FHN-nin qurumları, Bakı şəhər təyinatlı digər xidmət və təşkilatların qüvvə və vasitələri, eləcə də BANM-nin müəllim və tələbələrinin iştirakı ilə, FHN qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə texnikası, alət və avadanlıqları təlimlərə cəlb olunaraq, taktiki-xüsusi təlim həyata keçirilib.

Hündür mərtəbələrdən xilasetmə, “işgüzar oyun” formatında təşkil edilmiş “partlayıcı qurğunun zərərsizləşdirilməsi”,  “zəlzələ zamanı xilasetmə” və “yanğının söndürülməsi” əməliyyatları tələbələr tərəfindən böyük marağla izlənilmiş və hərarətli alqışarla qarşılanıb.

Tədbirin sonunda BANM-nin rektoru Elmar Qasımov tələbələr üçün keçirələn əhəmiyyətli təlimlərə görə təşkilatçılıqda dəstək göstərənlərə və tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.

 






16 Oktyabr, 2014  14:05 Baxılıb: 648 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner