Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Növbəti təhsil ilindən yeniliklər tətbiq olunacaq” – Nazir

“Müəllim hazırlığı prosesində yeniliklər tətbiq etmək vacibdir”.

Simsar.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, hazırkı qanunvericilikdə ixtisasartırma kurslarını uğurla və ya uğursuz bitirən müəllimlər arasında hec bir fərq qoyulmur. Bu baxımdan da müəllimlərin inkişaf etdirilməsi üçün islahatlar aparılır.

Nazir onu da bildirib ki, Azərbaycanda müasir peşə təhsil mərkəzlərinin yaradılması davam etdirilir: “Bu layihə çərçivəsində təhsilini bitirən məzunların işlə təmin olunmasında müsbət nailiyyətlər olacaq. Gələcəkdə layihənin genişləndirilməsi nəzərdə tutulub. Bu il ilk dəfə olaraq peşə təhsilinə qəbulun səviyyəsi əvvəlki illərlə müqayisəli şəkildə tərtib olunub”.

O deyib ki, ali təhsil sitemində mövcud olan ixtisaslara da yenidən baxılır: “Dərs yükləri optimallaşdırılıb. “SABAH” qruplarında müasir ali təhsil sisteminin tələblərinə uyğun olaraq, seçilmiş müəllim və tələbələr sağlam rəqabət apara biləcəklər”.

Nazir qeyd edib ki, dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq üçün 570 nəfər tələbə adını qazanıb. Hazırda ali təhsil sistemi sahəsində Dünya Bankı ilə yeni layihənin müzakirəsi aparılır.

Orta təhsil sitemində islahatların davam etdiyini də söyləyən M. Cabbarov İsmayıllı və Masallıda yeni kolleclər açıldığını da vurğulayıb: “Qəbulun təkmilləşdirilməsi üçün buraxılış imatahanları ilə qəbul imtahanları arasındakı gərginlik aradan qalıdırılacaq. Növbəti təhsil ilindən həm orta ixtisas həm də yaradıcılıq təhsil müəssiələri üzrə yeniliklər tətbiq olunacaq”.

Onun sözlərinə görə, artıq 1 ay ərzində şagirdlərin həm buraxılış həm də qəbul imtahanında iştirakına ehtiyac qalmayacaq.

Aysel Kərimova







16 Oktyabr, 2014  13:32 Baxılıb: 741 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner