Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Rusiya hərbi gəmilərin səfərindən təfriqə kimi istifadə edənlər...” – Deputat

“Rusiya hərbi gəmilərinin ölkəmizə səfəri Azərbaycan və Rusiya arasındakı əlaqələrin tərkib hissəsidir. Heç bir halda bunu Azərbaycanın təhlükəsizlik marağına zidd hadisə kimi qəbul etmək olmaz”.

Bu fikirləri Simsar.az-a Milli Məclisin deputatı Zahid Oruc Rusiya hərbi gəmilərinin Azərbaycana səfərini şərh edərkən səsləndirib.

O bildirib ki, səfərlə bağlı narahatlığa heç bir əsas yoxdur.

Fikirlərini iki ölkə arasında bu cür tədbirlərin daha öncələrdə keçirilməsi ilə izah edən millət vəkilinin sözlərinə görə, səfərin məqsədinin açılması ilə müxtəlif dairələr bunu mənfi rəngdə görmək mərəzindən xilas olacaqlar: “Ümumən götürdükdə bu başadüşüləndir. Çünki beş Xəzəryanı ölkə arasında vahid konsensus tapılması çox önəmlidir. Danışıqlar gedərkən Putin problemin çözüm ərəfəsində olduğunu dilə gətirmişdi. 2-3 gün öncə Rusiya müdafiə naziri Bakıya səfər etmişdi. Bu zaman Xəzər dənizi hövzəsində Rusiya Azərbaycan arasında müxtəlif tədbirlərin həyata keçirilməsi ilə bağlı razılaşma sənədləri imzalandı. Sənədlərdə təhlükəsizliyin birgə müdafiəsi, təlimlər, təhsil sferasındakı işlərin birgə mübadiləsi Xəzər dənizinin bio ehtiyatlarının qorunmasında yaxından əməkdaşlıq və s. məsələlər yer almışdı”.

Bu cür əməkdaşlığı yüksək qiymətləndirən Z. Oruc belə tədbirlərin bölgədə sülhün formalaşmasına gətirib çıxardığını dilə gətirib:

“Bu regionda böyük sərəvətlərə malik məkanda sülhün formalaşmasına gətirib çıxaracaq. Ona görə hərbi gəmilərin ölkəmiz əleyhinə az qala təfriqə məqsədilə istifadə edənlər öz niyyətlərinə nail ola bilməyəcəklər. Səfərin məqsədləri arasında heç bir anti-Azərbaycan maraqları yoxdur”.

Z.Oruc əlavə edib ki, Ukrayna hadisələri ilə Rusiyanın Xəzərdə keçirdiyi tədbirlər tamamilə fərqlidir: “Bu ölkənin demonlaşdırılması ondan başqa xarakterli imperiya düzəldilməsi müxtəlif dairələri həmin ölkə ilə toqquşdurmaq istəyənlərin marağıdır. Amma sayıq nəzərlərlə baxmaq lazımdır. Ukraynada məlum inqilabi stiuasiyanı formalaşdıranlar sonradan hakimiyyətdə çevrilişi həyata keçirərək ölkənin hazırki bəlalarının əsasını qoydular. İstənilən ölkə özünün yaxın çevrəsindəkilərin qayğısına qalır, orada baş verənləri izləyir. Buna öz mövqeyini hazırlayır. Düşünürəm ki NATO-nun infrastrukturu Rusiyaya bu dərəcədə yaxınlaşacağı təqdirdə həmin məlum konfranstasiya törənəcək. Ona görə də Azərbaycan Xəzər üzərində Rusiya əleyhinə hansısa bir donanmalar yaratması beynəlxalq koalisiyalar yaratmaq tədbirləri yoxdur. Rusiyanın bütün addımlarını ölkəmiz əleyhinə qəbul etmək olmaz”.

Qeyd edək ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Dəniz Donanmasının “Dağıstan” və “Qrad Sviyajsk” hərbi gəmiləri Azərbaycana gəlib. Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Ülviyyə Cövdətqızı

 






16 Oktyabr, 2014  12:30 Baxılıb: 682 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner