Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müəllimlik oxuyan yüksək nəticəli tələbələrə təqaüdlər veriləcək

“Dərsliklərin qiymətləndirilməsi prosesi TQDK və Ali təhsil mərkəzlərində fəaliyyət göstərən müəllimlər tərəfindən aparılır”.

Bunu Təhsil Naziri Mikayıl Cabbarov təltif olunmuş müəllimlərlə görüş zamanı səsləndirib.

İlk dəfə olaraq VIII siniflər üzrə kurikulum dərslikləri hazırlanır. Kurikulum üzrə təhsil alan şagirdlər hələ ki VII  sinifdədirlər.

Daha sonra nazir  ilk dəfə keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində Bakı şəhəri üzrə bütün müəllimlərin  uğurla iştirak etdiyini deyib.

“Dərs yükünün daha optimalllaşdırılması və bu sahədə aparılacaq islahatlar  müəllimlərin əmək haqqı probleminin həllinə aparan yeganə yoldur. Dekabr ayının  sonuna qədər bununla bağlı yeni təklif hökumətə təqdiq olunacaq. Biz bu təklifləri tam yekunlaşdırdıqdan sonra hokumətə təqdimetməyi nəzərdə tutmuşuq.

Respublikanın kənd rayonlarında çalışan müəllimlərin iş şəraitini optimallaşdırmaq üçün əlavə onlara  ödənişlərin məbləği artırılıb.

Gənc müəllimlərin peşəkarlığını artırmaq üçün 500 baldan daha çox nəticə göstərən və müəllim peşəsini seçən 300 I kurs tələbəsinə təqaüdlərin verilməsi nəzərdə tutulub.  Müəllim peşəsini layiqincə yürinə yetirə bilməyən insanların saxta diplomla təmin olunması tamamilə aradan qaldırılıb. Gələcəkdə yaradılacaq vahid məlumat bazasının fəaliyyəti belə halların qarşısını almaq məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq addımlar atılıb.

Aysel Kərimova






16 Oktyabr, 2014  13:03 Baxılıb: 624 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner