Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Hüquq müdafiəçisi Rəsul Cəfərov prezidentdən əfv istədi - FOTO

Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Rəsul Cəfərov müəssisə rəhbərliyi vasitəsi ilə prezident İlham Əliyevə müraciət edib.

Simsar.az-ın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə idarəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, R. Cəfərovun xahişi ilə onun müraciəti olduğu kimi ictimaiyyətin diqqətinə çatdırılır.

Müraciətdə qeyd olunub: "Möhtərəm cənab Prezident! Mən hüquq müdafiə fəaliyyətim çərçivəsində həyata keçirdiyim layihələr üzrə cinayət törətməkdə ittiham edilirəm və barəmdə 02.08.2014 –cü il tarixdə 3 aylıq həbs qətimkan tədbiri seçilib. İstintaq qanunlara riayət edilməklə və istintaq orqanının səlahiyyətləri çərçivəsində aparılır, bu səbəbdən də həbsimdən əvvəl istintaqın obyektiv aparılması üçün bütün zəruri addımları atmışam. Həbsadən buraxılmağa yalnız Sizin köməklik göstərə biləcəyinizi dərk edərək, Sizə müraciət etmək qərarına gəlmişəm. Məqsədim həmişə daha firavan və daha yaxşı Vətən – Azərbaycan üçün fəaliyyət göstərmək olub, bundan sonra da, əsas qayəm bu istiqamətdəki fəaliyyətimdə olduğundan daha şəffaf, daha doğru və düzgün olmaqdan, dövlət qurumları və hakimiyyət nümayəndələri ilə geniş dialoq yaratmaq və əməkdaşlıq etməkdən ibarətdir. Əvvəlki fəaliyyətimdə yol verilən çatışmazlıqları və nöqsanları aradan qaldırmağa hazır olduğuma Sizi əmin edirəm. Bilik və bacarığımı, habelə potensialımı həbsdə deyil, azadlığa çıxaraq istifadə etmək niyyətindəyəm. Yuxarıda qeyd edilənləri nəzərə almağınızı və mənim həbsdən azadlığa buraxılmağıma sərəncam verməyinizi Sizdən xahiş edirəm".

Qeyd edək ki, bundan əvvəl "NİDA" Vətəndaş Hərəkatının həbsdə olan üzvləri də əfv xahişi ilə prezident İlham Əliyevə müraciət ediblər.

 

 

 

 

 

 






16 Oktyabr, 2014  12:12 Baxılıb: 764 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner