Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“London taksiləri”ndə sərnişinin cibinə necə “girir”lər - Narazılar danışır

Bakıda “London taksiləri” ilə bağlı problemlər bitmək bilmir. Bu dəfə sərnişinlər sürücülərdən bir neçə məsələ ilə bağlı narazı olduqlarını deyirlər.

Simsar.az-ın məlumatına görə, sərnişinlər bilirirlər ki, taksi sürücüləri onlara ödənişin qalığını qaytarmırlar.

“Neçə dəfə olub ki, taksometrdə yazılan puldan artıq ödəmişəm. Məsələn, axırıncı dəfə, 3 manat 20 qəpik ödəməli olduğum halda, 4 manat verməli oldum”, - deyən Mədinə Məmmədova sürücülərin pulun qalığını qaytarmadığından gileylənir. M. Məmmədova  bildirir ki, sürücülər xırda pulları olmadığını iddia edirlər: “Belə halda isə 80 qəpik artıq pul ödəməli oldum”.

Məsələyə şərh verən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, baş verən hadisə istehlakçı hüquqlarının pozulmasıdır və buna görə sərnişinlərin məhkəməyə müraciət etmək hüququ var: “Bu hərəkət sürücü tərəfindən qəsdən edilirsə, hüquq pozuntusudur. Çalışmaq lazımdır, məsələni yerində həll edəsən. Amma çox vaxt bu, mümkün olmur. Ona görə, şirkətin rəhbərliyinə müraciət etmək və həmin pulu şirkətdən tələb etmək olar. Eyni zamanda, istehlakçı hüquqlarının pozulduğunu əsas gətirərək birbaşa məhkəməyə müraciət edilə bilər”.

Şəhər sakinləri ilə söhbətimizdə “London taksiləri” ilə bağlı başqa problemlər də üzə çıxıb.

“Sürücülər naviqatorlardan istifadə etmirlər”, - deyən Günay Əliyeva, “Çox olub, məni gedəcəyim yerə dolanbac yollarla gətirib çıxarıblar. Deyiblər ki, yolu tanımırıq. Bu da həm vaxt itkisidir, həm də pul”.

Ərşad Hüseynov isə bildirib ki, yol uzananda ödəniləcək məbləğ də artır. Bu, istehlakçını aldatmaq variantlarından biridir: ““Sərnişinlər burada da diqqətli olmalıdırlar”.

Sözügedən taksilərlə bağlı daha bir maraqlı məsələ onların yaxın məsafələrə sərnişin aparmamasıdır.

Şəhər sakini Yusif Məmmədovun sözlərinə görə, “London taksiləri” bir neçə dəfə onu yaxın məsafəyə aparmaqdan imtina ediblər: “Elə dünən Mərkəzi Univermağın yanından Nizami metrosuna gəlmək istəyirdim, sürücü mənə dedi ki, məsafə çox qısadır. Mənə bu yolu getmək sərf etmir”.

Bunun da hüquq pozuntusu olduğunu xatırladan Ərşad Hüseynov bildirib ki, qısa məsafəyə aparmaqdan imtina etməklə sürücü istehlakçının hüququnu pozur: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda deyilir ki, müraciət edən müştərilər arasında seçim edilməməlidir. Yəni, şirkət hər hansısa bir xidmət göstərirsə, bu xidmətdən yararlanmaq hər kəsin haqqıdır. Yalnız xüsusi hallarda xidmət göstərməkdən imtina etmək olar”.

Sözügedən məsələlərlə bağlı “Bakı Taksi” MMC-nin mövqeyini öyrənmək istəsək də, buna nail ola bilmədik. Əlaqə nömrələrinə cavab verməyən şirkətlə danışmaq üçün *9000 taksi sifariş xəttindən əldə etdiyimiz digər bir nömrəyə zəng etdik. Bizdən yarım saat sonra zəng vurmağımızı istədilər. Lakin 2 gündür həmin nömrə ilə də əlaqə saxlamaq mümkün deyil.

 

Vüsal Məmmədzadə

 

 






16 Oktyabr, 2014  12:09 Baxılıb: 815 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner