Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

APİ-nin müəlliminə cinayət işi açıldı – KORRUPSİYA

Baş Prokurorluqdan Simsar.az-a daxil olan məlumata görə vətəndaş Şəlalə Hüseynovanın başqaları ilə əlbir olub cinayət əlaqəsinə girərək insanların etibarından sui-istifadə etmək və aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirməsi və yol verdiyi digər qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış istintaqla 2008-2014-cü illərdə Şəlalə Hüseynovanın Azərbaycan Pedoqoji Universitetinin müəllimi Zemfira Qasımova, Təhsil Nazirliyinin Elm şöbəsinin aparıcı məsləhətçisi Rəhilə Abdullayeva, tanışı İsmayıl İsmayılov və Şövkət Həziyeva ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərin müxtəlif ali təhsil müəssisələrinə qəbul etdirməsi və həmin ali təhsil müəssisələrinin diplomlarının verilməsi barədə yalandan vəd edib saxta diplomlar verməklə, habelə məhkəmədə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı yüngülləşdirmək adı altında vətəndaşlardan ümumilikdə 82 min 400 manat və 15 min ABŞ dolları məbləğində pulu aldatma yolu ilə ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan Şəlalə Hüseynovaya Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma), İsmayıl İsmayılova, Rəhilə Abdullayevaya, Zemfira Qasımovaya 178.3.2-ci, Şövkət Həziyevaya isə 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrində  nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

 






16 Oktyabr, 2014  11:52 Baxılıb: 699 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner