Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ Türkiyəni dilə tutur

ABŞ Türkiyədəki hərbi bazası İncirlikdən, İŞİD-ə qarşı istifadə etmək üçün Türkiyəylə danışıqlar aparır.

Simsar.az xəbər verir ki, ABŞ Prezidenti Barak Obamanın, İŞİD-ə qarşı koalisiya üçün xüsusi təmsilçisi, təqaüdə çıxmış General Con Allen, ABŞ və koalisiya güclərinin Türkiyədəki İncirlik hərbi bazasından istifadə edə bilmələri üçün rəsmi Ankara ilə görüşlərin davam etdirildiyini deyib.

ABŞ Dövlət Departamentində Türkiyəylə görşlərlə bağlı məlumat verən Allen, türk səlahiyyətliləriylə çox detallı və müsbətə doğru görüşlər keçirdiklərini deyib: “Türklər köhnə dost və NATO şərikimizdirlər. Birlikdə çalışa biləcəyimiz bir çox sahə haqqında danışdıq. Hazırkı vəziyyətdə İncirliklə bağlı mövzulara girmək istmirəm”.

Türkiyənin koalisiyaya verəcəyi dəstəklə bağlı görüşlərin davam etdiyini deyən general, “Türkiyə Bəşər Əsədin devrilməsini, İŞİD-dən daha vacibmi hesab edir?” sualına, “Suriya və Suriya rejimi məsələsində Türkiyənin hədəfi bizim hədəflə eynidir. O da siyasi həll yolu istəyir, Əsədin içində yer almadığı siyasi həll yolu. Bu məsələdə bir-birimizə çox yaxın olduğumuza inanıram” – deyə cavab verib.

İŞİD-in Türkiyə sərhədlərinə çatması, Türkiyə-Suriya sərhədində böyük bir böhranın ortaya çıxmasından Türkiyənin də çox qayğılı olduğunu deyən Con Allen, Türkiyədə bir milyondan çox Suriyalı qaçqının olduğunu deyib. Bir jurnalistin, “Türkiyə koalisiyaya dəstək vermək üçün özünü yuxarıdanmı aparır, bahamı satır?” sualına isə Allen, “Türkiyə beynəlxalq öhdəliklər götürəcəyi halda bunun necə nəticələnəcəyini bilmək istəyir, bu da qəbul edilən, normal bir haldır” – cavabını verib.

Vüsal Qarayev







16 Oktyabr, 2014  11:17 Baxılıb: 826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner