Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tofiq Hacıyev monitorinqlərdən danışdı

"Dil hər bir xalqın milli sərvəti, onun qan yaddaşı  və varlığının təzahürüdür. Dil həm də milli dövlətçiliyin rəmzi olduğu üçün onun inkişaf etdirilməsi, qayda və normalarının qorunması hər bir vətəndaşın borcudur".

Simsar.az xəbər verir ki, bu fikirlər AMEA-nın Dilçilik İnstitutunun mətbuat konfransında səslənib. İnstitutun direktoru, akademik Tofiq Hacıyev gələn həftə Bakıda keçiriləcək Birinci “Sələflər və Xələflər” beynəlxalq simpoziumu haqqında jurnalistlərə məlumat verib. O, qeyd edib ki, dünyanın 20-yə yaxın ölkəsindən nümayəndə dəvət olunub. T.Hacıyev Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb. Akademik bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq, mövcud vəziyyəti öyrənmək üçün institut əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını bildirib.

Konfransda çıxış edən institutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli ölkəyə idxal olunan dərman preparatlarının izahedici vərəqələrin, həmçinin Bakı şəhərində Səbail, Nəsimi, Nərimanov rayonlarında küçə adları, afişalar, reklam növləri və teleradio verlişlərinin dil üzərində müşahihələrinin aparılması barədə məlumat verib.

Daha sonra institutun aparıcı elmi işçisi Şahlar Məmmədov və böyük elmi işçi Zamiq Təhməzov dərman preparatlarında izahedici vərəqlərin və teleradio verlişlərinin dili üzərində aparılan monitorinqlərin ilkin nəticələri və müşahidə olunan dil qüsurları haqqında danışıblar.

 

Aysel Kərimova







16 Oktyabr, 2014  10:54 Baxılıb: 774 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner