Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Səddam Hüseynin ölümcül mirası “İŞİD”in əlində - ŞOK

İraqda və Suriyada dünyanın böyük dövlətlərinə qarşı vuruşan “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşmanın Səddam Hüseyinin İranla müharibə apardığı dövrdən qalan kimyəvi silah bazalarının böyük bir qisminin ələ keçirdiyi iddia edilir.

Simsar.az “New York Times” qəzetinə istinadən xəbər verir ki, Səddam Hüseyinin dövründən qalan kimyəvi silah bazaları “İŞİD” tərəfindən tutulub. Bu anbarlarda minlərlə mərmi, kimyəvi qaz daşıyan raketlər, siyanid və siklon kimi zəhərli qaz tərkibli silahların olduğu bildirilir.

Pentaqonun sirri - Silahlar QƏRBƏ aiddir

ABŞ əsgərləri tərəfindən İraqda tapılan kimyəvi silahlar illərlə sirr olaraq saxlanıldı. ABŞ-ın Səddam Hüseyinə aid kimyəvi silahları sirr olaraq saxlamasına səbəb isə bu, silahların qərb mənşəli olması olub. Qəzet iddia edir ki, İraqdakı kimyəvi silahlar Sovet istehsalı deyil.

ABŞ 2010-cu ildə İraqdan geri çəkildikdən sonra isə bu kimyəvi silah anbarları İŞİD-in hazırda əlində olan torpaqlarda qaldı. Mütəxəssislər isə bu kimyəvi silahların aktiv olmadığını və istehsalının çox çətin olduğunu iddia edirlər.

Kimyəvi silah hücumları gizlədilir

İraqda xidmət edən ABŞ əsgəri Ceyms Burns sünni silahlılar təfrəfindən qaz hücumuna məruz qaldıqlarını bildirib: “Öncə kiçik bir partlama oldu. Patlayışdan sonra mərmidə qalan qalıntını ekspertiza üçün maşına qoyduq. Maşın yoldaykən çürük meyvə iyi gəlməyə başladı. Maşındakı əsgrlərdə ürək bulanma, baş gicəllənmə oldu. Əsgərlərin bədənində qızartılar əmələ gəlməyə başladı. Həkimlər öncə əsgərlərin narkotikadan istifadə etdiyini düşündülər. Lakin araşdırmalardan sonra bu hadisəylə bağlı  gizlilik qərarı verdilər və heç kimə məlumat vermədilər”.

Əsgərlərin kimyəvi silahlara məruz qaldığını ailələrinə də xəbər verilməyib.

Vüsal Qarayev







16 Oktyabr, 2014  10:39 Baxılıb: 981 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner