Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Qaqauz Yeri hökumət rəsmilərinə Qarabağdan danışdı

Moldova Respublikasına bağlı Qaqauz Yerinin Başqanı Mixail Formuzalın dəvəti ilə Qaqauz Yerində səfərdə olan millət vəkili, “Avrasiya Beynəlxalq Araşdıqmalar İnstitutu” İB-nin rəhbəri dos.dr. Qənirə Paşayeva Qaqauz lideri, hökumət və parlament nümayəndələri ilə görüşüb. Görüşdə Qaqauz Yerinin Başqanı Mixail Formuzal, Qaqauz Yeri Xalq Məclisinin sədri Dimitri Georgiyeviç Konstantinov, Qaqauz Yeri Başqanı müavini Nikolay Makaroviç Stoyanov, Ekologiya və meşə təsərrüfatı baş idarəsinin rəhbəri İlya İvanoviç Topçu, Səhiyyə və əhalinin sosial müdafiəsi Baş idarəsinin rəhbəri İvan Vasilyeviç Vieru, Qaqauz Yerinin ilk prezidenti Stepan Mixayloviç Topal Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hər zaman Qaqauz Yerinə və Qaqauz türklərinə, ümumən Türk Dünyasına böyük dəstək verdiyi, onun siyasi kursunun Azərbaycan Prezidenti və Qaqauz türklərinin əziz qardaşı və dostu İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etməsindən məmnunluq ifadə ediblər və Azərbaycana, Azərbaycan Prezidentinə bir daha təşəkkürlərini bildiriblər. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin və bu siyasətin davamçısı prezident İlham Əliyevin hər zaman Qaqauz türklərinə, ümumən dünya türklüyünə böyük sevgi və dəstəklə yanaşdığını deyərək, Azərbaycanla, onun müxtəlif bölgələri ilə Qaqauz Yeri arasında müxtəlif sahələrdə əməkdaşlığın, əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu deyib. O, bu münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandığını deyib. Cənab Formuzal Qaqauz Yeri barədə geniş bilgilər verərək, qardaş Azərbaycanla münasibətlərin daha da inkişafında çox maraqlı olduqlarını bir daha vurğulayaraq, Azərbaycanlı iş adamlarının fəaliyyəti üçün Qaqauz Yerində hər cür imkan olduğunu, onları gözlədiklərini deyib. Qaqauz dövlət başçısı, hökumət və parlament nümayəndələri bütün qurumlar arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu bildirərək, öz tərəflərindən çalışmaları daha da artıracaqlarını qeyd ediblər. Millət vəkili Q.Paşayeva Qaqauz liderinə, hökumət və parlament nümayəndələrinə Azərbaycanla bağlı, özəlliklə də  Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı geniş bilgilər verib, onlarla fikir mübadiləsi aparılıb. O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların ən adi insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə  danışaraq, deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, türk insanı, ümumən bütün insanlar, Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, Azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O qeyd edib ki, Qaqauz türklərinin hər zaman azərbaycanlı qardaşlarının yanında olmasını azərbaaycanlılar məmuniyyətlə qarşılayır və bunun hər zaman belə olacağına inanırlar. O, Qaqauz Yerində gənc nəsillərə Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgilərin verilməsinin vacibliyini vurğulayıb, səfəri müddətində bir neçə bölgədə bu barədə gənclərlə söhbətlər edəcəyini deyib.  Millət vəkili Q.Paşayeva Qaqauz Yerinin Başqanını, hökumət və parlament nümayəndələrini Azərbaycanda görməkdən məmnunluq duyulacağını deyib. Görüşün sonunda millət vəkili Q.Paşayeva Qaqauz Yerinin Başqanı Mixail Formuzala, Qaqauz Yeri Xalq Məclisinin sədri Dimitri Georgiyeviç Konstantinova, Qaqauz Yeri Başqanı müavini Nikolay Makaroviç Stoyanova, Ekologiya və meşə təsərrüfatı baş idarəsinin rəhbəri İlya İvanoviç Topçuya, Səhiyyə və əhalinin sosial müdafiəsi Baş idarəsinin rəhbəri İvan Vasilyeviç Vieru, Qaqauz Yerinin ilk prezidenti Stepan Mixayloviç Topala Azərbaycan həqiqətləri ilə, bilavasitə Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə, mədəniyyətimizlə bağlı materiallar, kitablar, filmlər hədiyyə edib. Qaqauz lideri, hökumət və parlament nümayəndələri də azərbaycanlı millət vəkilinə Qaqauz Yeri və Qaqauz türkləri ilə bağlı çoxlu materiallar, kitab və filmlər hədiyyə ediblər. Millət vəkili səfər zamanı yerli ictimaiyyət  və  Kİv nümayəndələri ilə də görüşərək onlara Azərbaycan, Qarabağ, Xocalı Soyqırımı barədə geniş məlumatlar və müsahibələr verib.

 

Simsar.az







16 Oktyabr, 2014  10:03 Baxılıb: 832 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner