Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyevin Tacikistana rəsmi səfəri başladı

Tacikistan Respublikasına rəsmi səfərə gedən Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 16-da Düşənbədəki Millət Sarayında rəsmi qarşılanma mərasimi keçirilib.

Simsar.az-ın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Azərbaycanın və Tacikistanın dövlət himnləri səslənib. Azərbaycan prezidenti Tacikistan əsgərlərini salamlayıb. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Emoməli Rəhmona, Tacikistan dövlət və hökumət nümayəndələri isə Azərbaycan dövlət başçısına təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.






16 Oktyabr, 2014  10:00 Baxılıb: 730 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner