Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

II Həmzə Nigari Simpoziumu keçiriləcək

20-22 oktyabr tarixlərində Bakı və Qazax şəhərlərində Amasiya Universiteti, Amasiya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə II Həmzə Nigari Simpoziumu keçiriləcək.

Simsar.az xəbər verir ki, simpoziumunun əsas mövzuları Həmzə Nigarinin həyatı və yaradıcılığı, sufizm və nəqşibəndilik, sufi ədəbiyyatı, Azərbaycanda sufizm və nəqşibəndilikdir. Simpoziumda Azərbaycan, Türkiyə və Rusiyadan 80-dən çox alim və tədqiqatçı məruzə edəcək.

Simpoziumun açılış mərasimi oktyabrın 20-də Modern Hotelin konfrans zalında baş tutacaq. Habelə bədii hissədə Azərbaycanın tanınmış gənc xanəndələrinin ifasında Həmzə Nigarinin qəzəllərinin səsləndiriləcəyi muğam dəstgahı ifa ediləcək. 2 gün ərzində müxtəlif bölmələrdə 60-dan çox məruzə ediləcək və 20-yə qədər poster nümayiş ediləcək.

Simpoziumda Mir Həmzə Nigari ilə eyni soydan olan və şeyxin vəfatına qədər onun qulluğunda dayanmış Seyid Sədəddin əfəndinin oğlu Mustafa Fəxrəddin Ağabalinin Nigarinin həyat və fəaliyyətini bütün təfsilatilə bizə təqdim edən əsəri “Hümayi-Ərş”in təqdimatı da olacaq.

Simpozium çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə tanınmış fotoqraf Məmməd Rəhimovun "Sufinin xatirəsinə" fotosərgisi açılacaq və Simpozium boyunca Modern Hoteldə ziyarətə açıq olacaq.

Oktyabrın 22-də Simpozium iştirakçıları Həmzə Nigarinin sevimli tələbəsi Hacı Mahmud əfəndi Aslanbəylinin Qazaxdakı məscidi və türbəsini ziyarət edəcək, Azərbaycanın digər inanc yerləri ilə tanış olacaqlar.

Həmzə Nigariyə və onun təliminə həsr olunmuş elmi simpoziuma istər Amasiya, istərsə də Qarabağ bölgəsindən çoxsaylı sevənləri də dəstək verir. Amasiya, Çorum və Tokatdan simpoziumda iştirak etmək üçün geniş tərkibdə nümayəndə heyəti Bakıya gəlir.

Qeyd edək ki, “Qarabağdan Amasiyaya Könül Körpüsü – I Beynəlxalq Həmzə Nigari Simpoziumu” 2012-ci ildə Tükiyənin Amasiya şəhərində keçirilib.

Günel

 






16 Oktyabr, 2014  09:14 Baxılıb: 988 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner