Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Təcavüz. Muzey 2014” – YEKUN SƏRGİSİ

Bakıda "Təcavüz. Muzey 2014 " layihəsinin yekun sərgisi keçiriləcək. Simsar.az xəbər verir ki, sərgi 18 oktyabr - 30 noyabr 2014-cü il tarixi ərzində Bakının ən böyük muzeylərində yer alacaq - Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu.

YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan bu layihə son bir neçə ildə gənc rəssamlar nəslinə dəstək olan ARTIM inkişaf proqramı çərçivəsində karyera yüksəlişinə imkan yaratmaq məqsədi ilə yaradılıb. Bu layihənin rəhbəri - Azərbaycanın əməkdar rəssam və kuratoru Səbinə Şıxlinskayadır. Layihənin mövzusu Azərbaycanın zəngin, maddi-mənəvi mədəni və tarixi irsinin müasir rəssamlar tərəfindən təsvirindən ibarətdir.

Layihənin iştirakçıları: Natavan Əliyeva, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarzayeva, İlahə Xəliqova, Aysel Nağıyeva, Rufat Aliyev, Veronika İsayeva, Orxan Qarayev, Nadir Babayev, Ayna Musayeva, Zöhrab Salamzadə, Fərhad Haqverdi, Nigar Alışeva, Çinarə Məcidova, Fatimə Hacıyeva, Rəhim Çopurov, Nəzrin Musayeva, Nigar Məmmədli, Habib Saher, Aytən Abdullayeva, Arif Əmirov, Səbinə Abbasova, Elvin Adıgözəl, Nadir Eminov, Elvin Nəbizadə, Ayxan Xəlilov, Ruhulla Həsənzadə, Pərvanə Persiyani, Hüseyn Həsənov, Nərmin İsrafilova, Fidan Hacıyeva.

Altı ay ərzində "Təcavüz . Muzey 2014" layihə iştirakçıları Bakı, Abşeron, Şəki, Gəncə, Lahıc və Basqala aid ən əhəmiyyətli muzeylər, arxiv və kolleksiyalar ilə tanış edilib. Azərbaycan tarixinin və incəsənətinin müasir və tamamilə gözlənilməz görünüşünü özündə əks etdirən müxtəlif sənət əşyaları bu araşdırmaların nəticəsi oldu. İştirakçılar rəssamlıq, heykəltəraşlıq, installyasiya, video-art və performans kimi müxtəlif janrlara və istiqamətlərə müraciət ediblər.

 

Günel

 






16 Oktyabr, 2014  08:44 Baxılıb: 914 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner