Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda Lermontovun 200 illiyi keçirildi

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) böyük rus şairi Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr edilən ədəbi-musiqili gecə keçirilib.

RİMM-in mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə,  gecəni Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksinin 10-cu sinif şagirdi Leyla Mehdiyeva açıb.

Bakıdakı 27 nömrəli məktəbin şagirdləri şairin şeirlərini söyləyiblər. Bu şeirlərin əksəriyyətində şair özünün mürəkkəb bioqrafiyasından süjetləri əks etdirib. Bu gün də M.Lermontovun yaradıcılığını araşdıran mütəxəssislər onun əsərlərinin bu və ya digər sətrinin əsl mənasını açmağa çalışırlar.

Gecədə XIX əsrin məşhur bəstəkarlarının nə vaxtsa M.Lermontova zövq verən musiqisi səslənib.

Tədbirdə 27 nömrəli məktəbin şagirdi Nərminə Nəcəfova və Bakı Xoreoqrafiya Məktəbinin tələbəsi Rafael Atayev Azərbaycan və rus rəqslərini ifa ediblər.

Sonda bayram tədbirində çıxış edənlərin hamısına xatirə hədiyyələri – Mixal Lermontovun, eləcə də digər rus şair və yazıçıların kitabları təqdim olunub.

 






16 Oktyabr, 2014  08:16 Baxılıb: 917 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner