Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA-da islahatlar - Bəzi şöbələr ləğv edildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Mərkəzi aparatının strukturunda dəyişiklik edilib.

Simsar.az-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Mərkəzi aparatın strukturunda dəyişikliyin edilməsi haqda qərar qəbul olunub.

Qərara əsasən, AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının Hüquqi təminat şöbəsi, Təhsil və kadrlar şöbəsi, İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib. Hüquqi təminat şöbəsinin bazasında Ərizə və şikayətlər şöbəsi, Kadrlar şöbəsi və Qanunvericilik təminatı şöbəsindən ibarət olan AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Hüquq və Kadrlar İdarəsi yaradılıb. AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının Hüquq və Kadrlar İdarəsinin Əsasnaməsi təsdiq edilib, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev idarənin rəisi vəzifəsinə təyin edilib.

AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Təhsil şöbəsi yaradılıb. İclasda Təhsil şöbəsinin əsasnaməsi təsdiq edilib, Nuridə Quliyeva Təhsil şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Bundan əlavə, İctimaiyyətlə əlaqələr şöbəsinin bazasında “Elm qəzet”i, “Elm və həyat” jurnallarının redaksiyalarından, science.az web-portalından və İctimaiyyətlə əlaqələr şöbəsindən ibarət olan AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi yaradılıb. Qərara əsasən, AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərən science.az portalı AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturuna daxil edilib.

Aysel Kərimova







15 Oktyabr, 2014  16:28 Baxılıb: 780 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner