Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Fələstin xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Simsar.az-ın məlumatına görə, R. əl-Maliki prezident Mahmud Abbasın salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb.

O, Azərbaycanın Fələstinə verdiyi dəstəyin və göstərilən humanitar yardımın ölkəsində yüksək qiymətləndirildiyini deyib. R. əl-Maliki Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, ondan əvvəl və sonra bu dəstəyi daim hiss etdiklərini məmnunluqla qeyd edib.

İ. Əliyev isə M. Abbasın ölkəmizə uğurlu səfərini məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

Prezident İ. Əliyev M. Abbasın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fələstin Dövlətinin başçısına çatdırmağı xahiş edib.






15 Oktyabr, 2014  15:37 Baxılıb: 676 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner