Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Liderlər İŞİD-lə mübarizəni müzakirə edirlər

ABŞ-ın liderlik etdiyi ölkələrin hərbi liderləri, İŞİD ilə mübarizə kompaniyasının hərbi gücünün kənardan kömək olmadan nəticə verməyəcəyini düşünürlər.

Simsar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə, Vaşinqtonda ABŞ Baş Qərargah Rəisi General Martin Dempseyin sədrliyində, ABŞ və 21 koalisiya ölkəsinin hərbi liderlərinin iştirakı ilə keçirilən toplantıda danışılıb. İŞİD-ə qarşı mübarizənin müzakirə edildiyi toplantıda, ABŞ Prezidenti Barak Obama da çıxış edib.

Pentaqon nümayəndəsi, toplantıyla bağlı açıqlamasında, hərbi liderilərin, “İŞİD təhlükəsinə qarşı hava və quru kampaniyalarının inteqrasiyası və lazımı yardım qaynaqların təmin edilməsi” kimi məsələlərdə daha uğurlu ortaq məxrəcə gəlmək üçün toplandıqlarını deyib.

İŞİD özünü hər şəraitə uyğunlaşdıra bilən bir düşməndir

Toplantıda müzakirələr zamanı ifadə edilən ən önəmli problemlər ictimaiyyətə təqdim edilib.

- Bölgədəki problemlərin kökündə etnik və dini təzyiqlər, itələyici hakimiyyət, radikallıq və iqtisadi problemlər durur.

- İŞİD ən qorxunc terror təşkilatıdır, lakin tək təşkilat deyil. İŞİD bütün bölgələrdə ümumilikdə bütün təşkilatları təmsil edir.

- İŞİD bir çox cəbhədə taktiki gücə sahib olmasına baxmayaraq, əslində strateji bir təşkilatdır.

- İŞİD özünü hər şəraitə uyğunlaşdıra bilən bir düşməndir. Koalisiya da, bütün gücünü inkişaf etdirərək, vəziyyətə uyğunlaşacaq.

İŞİD sosial mediada çox təsirlidir

- İŞİD, təbliğatını yaymaq çün sosial mediadan və məlumat motorlarınıdan istifadə etməkdə çox təsirlidir. Koalisiya da gerçəkləri çatdırmaqda və İŞİD-in törətdiyi vəhşiliklərini cəmiyyətə çatdırmaqda bu yoldan uğurlu istifadə etməlidir.

Qeyd edək ki, topantının bir neçə gün davam edəcəyi gözlənilir.

Vüsal Qarayev







15 Oktyabr, 2014  14:09 Baxılıb: 714 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner